Marneuli Bələdiyyəsi yerli yolların təmiri üçün tender elan edib
Marneuli Bələdiyyəsi yerli yolların təmir işlərinin satın alınması məqsədilə 35 101 lari dəyərində tender elan edib. Layihənin maliyyələşdirilməsi tam şəkildə yerli büdcə hesabına həyata keçiriləcək.

Tender 2025-ci il iyulun 17-də elan olunub. Təkliflərin qəbulu avqustun 2-də başlayacaq və avqustun 7-də, saat 13:30-da başa çatacaq.

Tender sənədlərinə əsasən, təmir işləri həm yolun hərəkət hissəsini, həm də müxtəlif yolkənarı infrastruktur elementlərini əhatə edir. Planlaşdırılan işlərə aşağıdakılar daxildir:
  • Otların biçilməsi və

    yolkənarı su arxlarının (kyuvetlərin) təmizlənməsi;
  • Dəmir-beton və metal boruların quraşdırılması;
  • Zədələnmiş asfalt örtüyünün soyuq və isti qarışıqlarla təmiri;
  • Yol səthinin çınqılla işlənməsi;
  • Bordür və səki daşlarının quraşdırılması;
  • Termal və soyuq plastik materiallarla yol nişanlanması;
  • Yol nişanları və sürət məhdudlaşdırıcılarının quraşdırılması;
  • Qış aylarında yollarda təmizlik işlərinin aparılması – qar təmizləmə və duzlama.
Layihə çərçivəsində həmçinin xüsusi texnikadan – qreyder, ekskavator, buldozer və təmizləyici maşınlardan istifadə olunacaq. Yol kənarlarında dekorativ fidanların əkilməsi də nəzərdə tutulur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google