Bu gün, 1 avqustda, Batumi Şəhər Məhkəməsində artıq 5 saatdan
çoxdur ki, Mzia Amağlobeli ilə bağlı məhkəmə prosesi davam
edir.
Hakim Nino Saxelaşvili müdafiə tərəfini dinləyir.
Mzia Amağlobelinin vəkili Maia Mtsariaşvili sillə epizodundan
danışaraq vurğulayıb ki, Mzia Amağlobelinin silləsi sağlamlığa
zərər verə bilməzdi, İ. Dqebuadzenin ləyaqəti məsələsi isə ağır
cinayət kimi qiymətləndirilə bilməz:
“Üzə açıq əllə vurmaq sillədir.
Çikobava sizin üçün nüfuzlu fiqurdur?
Gürcü dilinin izahlı lüğətinə (A. Çikobava) görə, açıq
əllə üzə
vurmaq sillə adlanır.
Sillə sağlamlığa zərər yetirə bilməz.
…İfadəsi zamanı Dgebuadze dəfələrlə qeyd edib ki, təhqir olunub, bu
isə o deməkdir ki, onun sözlərinə görə, ləyaqətinə toxunulub, lakin
bu, Cinayət Məcəlləsinin 3531-ci maddəsinin qoruma obyekti
deyil.
Prokuror da bizimlə razılaşdı ki, Mzianın hərəkəti sağlamlığa
xəsarət yetirmək məqsədi daşımırdı.
Əgər sillə sağlamlığa zərər verə bilmirsə, Mzia nə istəyirdi? Nə
onu narahat edirdi?..
Hökumətyönlü şərhlər də deyir ki, bu təhqirdir, amma deyirlər ki,
guya ağır cinayətdir…
[Ağır cinayət] kvalifikasiyası yalnız Dgebuadzenin ləyaqəti təhqir
olunub deyə tətbiq oluna bilməz… Bu epizodda Mzia onun üzünü
çimdikləsəydi, ittiham nə deyəcəkdi – hücum edib üzünü
çimdikləyib?”
– deyə Maia Mtsariaşvili hakim Nino Saxelaşviliyə və prokurorlara
bildirib.
Məhkəmə iclası Batumidə bu dəqiqəyə qədər [19:30] davam edir.
Hakim Nino Saxelaşvilinin bu gün Mzia Amağlobeli işi üzrə hökm elan
edib-etməyəcəyi hələlik məlum deyil.
Bu gün
Mzia Amağlobeliyə qarşı keçirilən məhkəmə
prosesinin sonuncu iclasıdır.
Bu, təkcə bir insanın işi deyil – bu proses bizdən soruşur:
Bu ölkədə insan ləyaqətinin qorunması imkanı qalıbmı?
Bu gün söz azadlığı varmı, yoxsa məhkəmə sistemin xidmətçisinə
çevrilib?
Mzia Amağlobeli elə bir sərhəddir ki, bizə
cəmiyyətə informasiya çatdırmağa imkan verir – elə bir dövrdə ki,
bu, getdikcə daha da çətinləşir.
Mzia informasiya almaq hüququ, seçim azadlığı deməkdir.
Məlumatlı insan azad seçim deməkdir.
Azad seçim isə insanın ləyaqətlə yaşamaq hüququnun əsas
şərtidir.
Mzia Amağlobeliyə həmrəylik və azadlıq!
Mətbuata azadlıq– xalqın tərəfində olan və korrupsiyalaşmış sistemə
qarşı çıxan mətbuata.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415