WP: Dövlət Departamenti Rusiyada insan haqları ilə bağlı hesabatı yumşaldıb
ABŞ Dövlət Departamenti Rusiya, İsrail və El-Salvadorda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatı yumşaldıb. Bu barədə "The Washington Post" sənədin ilkin versiyasına istinadən yazıb.

Nəşrin xəbərinə görə, yeni hesabat ötənilki versiya ilə müqayisədə xeyli qısaldılıb və ton baxımından daha yumşaq olub. Sənəddən, xüsusilə, Rusiyada LGBT icmasının təqibinə dair qeydlər çıxarılıb, halbuki bu ölkədə Ali Məhkəmə daha

əvvəl "beynəlxalq ictimai LGBT hərəkatı"nı qadağan edib, LGBT üzvlərinə qarşı ölkə üzrə reydlər və həbslər həyata keçirilib.

Hesabatın El-Salvadora aid hissəsində bildirilib ki, 2024-cü ildə bu ölkədə ciddi pozuntularla bağlı etibarlı məlumatlar qeydə alınmayıb. Ancaq əvvəlki hesabatda qətllər, işgəncələr və həbsxanalarda pis şərait kimi hallar sənədləşdirilmişdi.

Sənədin İsrailə aid bölməsində isə korrupsiya, məhkəmələrin müstəqilliyi və fələstinlilərin izlənilməsi ilə bağlı mövzulara yer verilməyib.

Dövlət Departamenti məsələ ilə bağlı rəsmi şərh verməyib. Dövlət Departamentinin adı açıqlanmayan əməkdaşı bildirib ki, hesabatın strukturu oxunaqlılığı artırmaq və təkrarları aradan qaldırmaq məqsədilə dəyişdirilib. Baxmayaraq ki, sözügedən sənəd fevralda ABŞ Konqresinə təqdim edilməli idi, o, hələ dərc olunmayıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google