Azərbaycanda hakimiyyətə yaxın bəzi Teleqram kanalları isə yazıblar
ki, Rusiya Ukraynada Azərbaycana bağlı əlaqəli enerji obyektlərinə
hücumları davam edərsə, Kiyevə silah göndərilməsinə qadağa
qaldırıla bilər.
Rusiyanın "Военкор Котенок" Teleqram kanalı yazıb ki, "bir sıra
mənbələrə görə, Bakı artıq Ukraynaya göndərilməsi üçün 122 mm və
155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb, istənilən
halda, qərar artıq verilib".
Bundan
əvvəl prezident Əliyev Ukraynaya işğal ilə barışmamağı
tövsiyə etmişdi.
Rusiya ilə Azərbaycan arasında gərginlik ötən ilin dekabrında AZAL
sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya
uğramasından bəri davam edir. Bakı bu hadisəyə görə məsuliyyəti
Rusiyanın üzərinə qoyur. Kreml isə bu insidentdə məsuliyyətini
qəbul etmir.
İyunun 27-də Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrinin
saxlanılması, iki nəfərin ölümündən sonra Bakıda təxminən 20-yə
yaxın Rusiya vətəndaşı, o cümlədən Kremlin nəzarətində olan
"Sputnik Azərbaycan" agentliyinin əməkdaşları həbs edilib. Onlardan
bəzilərinə narkotik qaçaqmalçılığı və kiberdələduzluq ittihamları
irəli sürülüb. "Sputnik Azərbaycan"ın lisenziyası fevralda ləğv
olunmuşdu.
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan
Energetika Nazirliyinə vəsait ayrılacaq.
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bununla
bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, son illərdə yaranmış vəziyyətlə əlaqədar
Azərbaycan Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərib.
Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə
Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması
və göndərilməsi üçün Prezidentinin ehtiyat fondundan Energetika
Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait
ayrılacaq.
Azərbaycan və Ukrayna liderləri Rusiyanın Ukraynada SOCAR-ın neft
anbarını vurmasını pisləyiblər.
Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski
Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC-ın xəbərində deyilir ki, tərəflər Ukraynada Azərbaycanın
SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin
Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına
Rusiyanın məqsədyönlü hava zərbələrini pisləyiblər. Bunun
Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın
dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini
vurğulayıblar.
Avqustun 8-də axşam Rusiya "Şahed" dronları ilə Azərbaycanın SOCAR
neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Yanğın baş
verib, dizel yanacağı kəməri zədələnib. Dörd işçinin ciddi
xəsarətlər aldığı bildirilir.
Avqustun 6-da isə Rusiya dronları Odessa vilayətində kompressor
stansiyasına hücum edib.
İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair
ilk müqavilə imzalayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415