Kobaxidze Ermənistan–Azərbaycan sülh sazişi barədə: Biz bunu alqışlayırıq və belə bir razılaşmanın əldə olunmasına dəstək verməyə çalışmışıq
“Gürcü Arzusu”nun Baş naziri İrakli Kobaxidze Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişinə münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstan bu addımı alqışlayır və belə bir razılaşmanın əldə olunmasına hər cür dəstək göstərməyə çalışıb.

“Mən bir daha dost və qonşu dövlətlərimizi əldə edilmiş sülh sazişinə görə təbrik etmək istəyirəm. Bu, çox mühüm hadisədir. Ümumilikdə, bu razılaşma regionumuzda

sülhün möhkəmlənməsinə və iqtisadi rifahın artmasına töhfə verəcək – bu, prinsipial əhəmiyyət daşıyır. Təbii ki, biz bu sazişin imzalanmasını alqışlayırıq. Əlimizdə olan bütün resurslarla belə bir razılaşmanın əldə olunmasına çalışmışıq. Əlbəttə, bu sazişin imzalanmasının məhz onun liderliyi ilə təmin edildiyinə görə Prezident Trampa təşəkkür etməliyik.

Sonda bizim üçün əsas prinsip – müstəqilliyimizin möhkəmlənməsidir. Qonşu dövlətlərimiz də eyni yanaşmaya malikdir: maksimum azadlıq, maksimum müstəqillik. Bu, həm sülhün, həm də rifahın möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan regionumuzda hələ də mərkəzi mövqeyə sahibdir və bildiyiniz kimi, son 30 ildə qonşu iki dövlət arasında çox ağır münaqişə olmasına baxmayaraq, biz sülhün qorunmasına maksimum töhfə vermişik. Bu, qonşularımız və dostlarımız tərəfindən yüksək qiymətləndirilir. Odur ki, gələcəkdə də qonşu dövlətlərlə birlikdə regionda sülhün konsolidasiyasına və rifahın möhkəmlənməsinə çalışacağıq. Bu, təbii ki, Gürcüstanın mühüm rol oynadığı regionda bizim missiyamızdır”,
– deyə o bildirib.

Avqustun 9-da Ermənistan və Azərbaycanın liderləri Ağ Evdə sülh sazişinə imza atıblar. Müqavilə ABŞ-a Cənubi Qafqazda strateji tranzit dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verir.

Saziş “sülhə aparan konkret yolları” nəzərdə tutur və uzun illər həll olunmamış tranzit məsələsinin həllinə yönəlib.

Söhbət Zəngəzur dəhlizindən gedir – Azərbaycan, ərazisinin böyük hissəsini Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinin açılmasını tələb edib. Naxçıvan Azərbaycanla müttəfiq olan Türkiyə ilə sərhəddə yerləşir.

Zəngəzur dəhlizinə TRIPP (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adı veriləcək. Marşrut Ermənistan qanunvericiliyinə uyğun olaraq formalaşdırılacaq, ABŞ isə infrastrukturu və idarəçiliyi təmin etmək üçün torpağı konsorsiuma uzunmüddətli icarəyə verəcək.

2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına əsasən, Zəngəzur dəhlizi açılsa, təhlükəsizlik Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən təmin olunacaqdı.

Rəsmi şəxslərin bildirdiyinə görə, Ermənistan və Azərbaycanın liderləri həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması barədə sənədlərə də imza atacaqlar. Minsk Qrupu 1992-ci ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etmək üçün yaradılmışdı. 1997-ci ildən qrupun həmsədrləri Fransa, Rusiya və ABŞ-dır.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google