“Gürcü Arzusu” Marneuli meri vəzifəsinə geniş ictimaiyyətə
az tanış olan Daur İsmailovu namizəd irəli sürüb. Onun
namizədliyini rəsmi olaraq “Gürcü Arzusu”nun Baş naziri İrakli
Kobaxidze təqdim edib və İsmailovu “təcrübəli dövlət qulluqçusu”
adlandırıb.
Siyasi səhnədə
görünməsi
İsmailov Marneuli meriyasında çalışır, lakin onun adı siyasi
kontekstdə ilk dəfə 2024-cü il 26 oktyabr parlament seçkilərindən
sonra hallandı. “TV Pirveli”nin
süjetinə əsasən, İsmailov və
meriyanın başqa bir əməkdaşı “kapitan” adlanan rolu icra edirdilər
— onlar, iddialara görə, seçkilərin saxtalaşdırılması sxemində
iştirak edən qruplara nəzarət edirdilər.
Ailə və biznes əlaqələri
İsmailovun ailəsi yerli əhali arasında yaxşı tanınır. Novruz
bayramı zamanı onların evinə Tbilisidən yüksək vəzifəli şəxslər də
qonaq gəlirdilər.
Merliyə namizədin Facebook səhifəsinin üz qabığında onun, ailə
üzvlərinin, “Gürcü Arzusu” parlament sədri Şalva Papuaşvili, Viktor
Caparidze və Sozar Subari ilə birlikdə İsmailovların həyətində
çəkilmiş şəkil yerləşdirilmişdi. Lakin İsmailovun merliyə namizəd
olacağı xəbəri yayılandan sonra bu foto silindi.
Onun atası İntiqam İsmailov illərdir “Gürcü Arzusu”nun deputatı
Viktor Caparidze ilə əlaqəli şirkətlərlə bağlıdır.
MMC “Kxia 94” – İntiğam İsmayılov 2010-cu ildən şirkətin direktoru
kimi qeyd olunur. Şirkətin 66,99%-i Viktor Capharidzenin həyat
yoldaşı Natia Skhistanıya məxsusdur. Bu, Capharidzenin 2024-cü il
əmlak bəyannaməsində də təsdiqlənir.
MMC “Ktsia 95” – 2021-ci ildə qeydiyyatdan keçmiş və yeganə sahibi
İntiqam İsmailovdur.
MMC “Imperial” – 1998-ci ildə yaradılıb, İntiqam İsmailov direktor
vəzifəsini tutur. Şirkətin sahibləri: Otar Cartolani (83%) və
Rizvan Karaev (17%). Otar Cartolani həmçinin deputat Viktor
Caparidzenin şirkəti “Seti” ilə də əlaqəlidir.
Qeyd etmək lazımdır ki, İntiqam İsmailov illər öncə “Gürcü
Arzusu”nu maliyyə baxımından da dəstəkləyib — onun ianələrinin
ümumi məbləği 68 000 lari təşkil edir.
Daur İsmailovun şirkətləri
İctimai reyestr məlumatlarına görə, İsmailovun bir neçə şirkəti
var.
Onlardan biri MMC “Darius JM”-dir. Burada o, 2018-ci ildən etibarən
aşağıdakı şəxslərlə ortaq olub:
Mirza Dargali – parlament deputatı Zaur Darğallının qardaşı
Camal Məmmədov – Marneuli meri Kenan Omarovun tərəfdarı və yerli
özünüidarə orqanında işləyən şəxs
Adil Əliyev – Marneuli bələdiyyə məclisinin hazırkı üzvü (2022-ci
il məlumatlarına görə, artıq təsisçilər siyahısında yoxdur).