Kvemo Kartli vətəndaş cəmiyyəti təşkilatları 7
qeyri-hökumət təşkilatının hesablarının dondurulmasına etiraz
edir.
Avqustun 27-də məlum olub ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə
yeddi qeyri-hökumət təşkilatının bank hesabları Prokurorluğun
vəsatəti əsasında dondurulub. Qərar “sabotaj işi” çərçivəsində
qəbul edilib və təşkilatlara 2024-cü ilin sonunda keçirilən etiraz
aksiyalarını “maliyyələşdirmə” ittihamı irəli sürülür.
Qeyd olunan iş çərçivəsində mart ayında artıq bir neçə xeyriyyə
təşkilatının, o cümlədən “Nanuka Fondu”nun hesabları da
dondurulmuşdu.
Hesabı dondurulan təşkilatlar bunlardır:
“Vətəndaş Cəmiyyəti Fondu”
“Azad Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti” (ISFED)
“Məlumatın Azadlığı İnkişafı İnstitutu” (IDFI)
“Demokratiya Müdafiəçiləri”
“Gürcüstan Demokratik Təşəbbüsü” (GDI)
“Sapari”
“Sosial Ədalət Mərkəzi” (keçmiş EMC)
Kvemo Kartli vətəndaş cəmiyyətinin həmrəylik bəyanatı
Kvemo Kartli regionunda fəaliyyət göstərən vətəndaş cəmiyyəti
təşkilatları hakimiyyətin bu qərarına qəti şəkildə etiraz edir və
hesabları dondurulan təşkilatlarla həmrəylik ifadə edirlər.
“Bu yalnız konkret təşkilatlara qarşı atılmış addım
deyil, illərdir, ölkənin demokratik inkişafını, insan haqlarını və
vətəndaşların maraqlarını müdafiə edən bütün vətəndaş cəmiyyətinə
qarşı zərbədir.
Belə addımlar azad fikrin boğulmasına, vətəndaş fəallığının
zəiflədilməsinə və cəmiyyətdə qorxu hissi yaradılmasına
istiqamətlənib. Bu, Gürcüstanın Avropa gələcəyinə təhlükə yaradır
və demokratiyanın təməl prinsiplərinə ziddir”, –
bəyanatda qeyd olunur.
Bəyanat müəllifləri vurğulayırlar ki, onların səsi
birdir və
vətəndaş cəmiyyəti susmayacaq:
“Biz hökumətin bu addımına etiraz edirik. Vətəndaş
cəmiyyəti nə dayandırılacaq, nə susdurulacaq, nə də qorxudulacaq!
Biz birlikdə dayanmağa hazırıq – azad, həmrəy və Avropaya
inteqrasiya olunmuş Gürcüstan naminə.”
Bəyanatı imzalayan təşkilatlar:
“Vətəndaş İnkişafı Fondu”
“Qadınların İcma Radiosu WW”
“Vətəndaş Fəallığı və Regional İnkişaf Mərkəzi”
“Vətəndaş Bərabərliyi Platforması”
“Martkopi Gənclər Mərkəzi”
“Görüş Yeri Dmanisi”
“Qadın və Dünya” Kvemo Kartli Qadınlar Assosiasiyası
“Tetritskaro Gənclər Mərkəzi”
“Mülki İştirak və Aktivizm Mərkəzi”
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415