Həmidulla ötənhəftəki dağıdıcı zəlzələdə viran qalmış evinin
dağıntıları içində ağlayır...
O, avqustun 31-i gecəyarı Əfqanıstanın şərqindəki Kunar vilayətini
silkələmiş zəlzələdə ailəsini itirib, başlı-başına qalıb...
Yeniyetmə Çavkay rayonundakı qonşuları ilə birlikdə
valideynlərinin, beş bacısının, iki qardaşının meyitlərini
xarabalıqlar altından çıxarıb.
"Qapqara qaralmışdılar. Zəlzələ vaxtı çarpayıda
yatırmışlar, orada da ölüblər", – Həmidulla
AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə danışır.
Həmidulla faciədə
26 qohumunu da itirib – dayıları, xalaları,
onların uşaqları, hamısı ölüblər.
2 min 200-dən çox insan 6 bal gücündə zəlzələnin qurbanına
çevrilib, azı 3 min 600 nəfər yaralanıb. Vilayətdə bütöv kəndlər
yerlə yeksan olub.
Həmidullanın əmilərindən biri sağ qalıb. O da Çavkay rayonunda
yaşayır.
"Bu ərazi tamamilə dağılıb. Burada çoxlu mal-qara,
evlər vardı, hər şey yoxa çıxıb", – o danışır.
Qonşu Nəngərhar vilayətində işləyən Həmidulla zəlzələ vaxtı evdə
olmayıb.
Güclü zəlzələ Əfqanıstanda humanitar və iqtisadi böhranları daha da
dərinləşdirib. Axı 2021-ci ildə hakimiyyəti "Taliban"ın ələ
keçirməsindən sonra ölkəyə beynəlxalq yardım da, əsasən,
kəsilib.
Sentyabrın 8-də "Taliban" axtarış-xilasetmə işlərini dayandırıb.
Yerlilər isə itkinləri axtaracaqlarını deyiblər.
Əldən-ayaqdan uzaq kəndlərə fövqəladə xidmətlərin getməsi çox
çətindir. Hazırda minlərlə insan açıq havada qalıb, yemək, içməli
su, sığınacaq tapmağa çalışır.
Son vaxtların daşqınları, relyef də xilasetmə işlərini
çətinləşdirib. Bəzi yerlərdə kənd sakinləri sağ qalanları tapmaq
üçün torpağı yalın əl ilə təmizləyiblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.