Xülasə
- ABŞ Ermənistana TRIPP-i reallığa çevirmək yolunda ilk yardımı
ayırmağı planlaşdırır.
- Müxalifət deputatları hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş
"dəhliz razılaşması"nın detallarını bilərəkdən gizlətməkdə
suçlayır.
- Parlamentin spikeri Alen Simonyan: "Həm bizim, həm də onların
yaraları hələ təzədir. Biz də adam öldürmədikmi? Azərbaycan
tərəfdən də ölənlər olmayıbmı?".
Birləşmiş Ştatlar Ermənistan ərazisindən tranzit yolunun
gerçəkləşməsi üçün 145 milyon dollar ayırmağı planlaşdırır.
Bunun
Dövlət Departamentinin aparıcı rəsmisi sentyabrın 11-də Yerevana
səfəri zamanı deyib.
Söhbət Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Sünik
vilayətindən keçməklə birləşdirəcək marşrutdan gedir. Azərbaycan,
Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı
sənədlərdə "Tramp yolu"nun (TRIPP) çəkilməsi nəzərdə tutulub.
Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosundan
Brendan Hanrahan Ermənistanın baş naziri Mher Qriqoryanla
danışıqlar aparıb.
"Yerevanda böyük məmnuniyyətlə elan edirəm ki,
Konqreslə işləyərək Ermənistana 145 milyon dollar yardım ayırmağı
planlaşdırırıq. Bu, TRIPP-i reallığa çevirmək yolunda ilk böyük
addımdır", – Hanrahan danışıqlardan sonra X postunda
yazıb.
ABŞ səfirliyi ikigünlük səfərin Birləşmiş Ştatların və Ermənistanın
regionda sülh və sabitliyi irəli aparmağa birgə öhdəliyini
göstərdiyini vurğulayıb.
Müxalifət detalları tələb edir
TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi
bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir.
"Tramp yolu"nun detalları indilik qeyri-müəyyən olaraq qalır. ABŞ
prezidenti bu layihədə Amerikanın 99 il ərzində iştirakından
danışmışdı. Amma Ermənistanın baş naziri Nikol Paşinyan və xarici
işlər naziri sonradan 99 illik icarə üzrə razılaşmanın mövcud
olmadığını bildiriblər. Paşinyan Vaşinqtonda əldə olunmuş
razılaşmaların müzakirələrinə sentyabrda ABŞ və Azərbaycan ilə
başlanacağını demişdi.
Ermənistanın baş naziri sentyabrın 10-da bir daha vurğulayıb ki,
Vaşinqtonda imzaladığı sənədlər Sünik üzərində Ermənistan
suverenliyini qoruyur. O, həmin marşrut boyunca Ermənistan
sərhədçilər və gömrük əməkdaşları ilə azərbaycanlı səyahətçilərin
fiziki təmasını önləmək üçün müasir texnologiyalardan istifadə
olunacağını qeyd edib.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, müxalifət deputatları
hökuməti Bakı və Vaşinqtonla əldə olunmuş "dəhliz razılaşması"nın
detallarını bilərəkdən gizlətməkdə suçlayır. Onlardan biri Artur
Xaçatryan Paşinyanın bu açıqlamasının onların iddialarını bir daha
sübut etdiyini söyləyib:
"Maneəsiz ünsiyyət o deməkdir
ki, istənilən yol, istənilən keçid açıqdır. Amma mən sərhədi
keçəndə oradakı sərhədçi məni geri qaytara bilər. Sual da məhz
budur: biz azərbaycanlıları dayandıra bilərikmi? Bu suala cavab
vermirlər, çünki detallara getsələr, belə reaksiya alacaqlar: "Bir
dəqiqə, siz bizə tamam başqa şey demişdiniz"".
Simonyan: "Yaralarımız təzədir"
Sentyabrın 11-də parlamentin spikeri Alen Simonyan isə Azərbaycan
prezidenti İlham Əliyevin sözügedən marşrutun Ermənistanın sərhəd
yoxlamalarından azad olunması tələblərini əsaslandırıb.
"Həm bizim, həm də onların yaraları hələ təzədir. Biz
də adam öldürmədikmi? Azərbaycan tərəfdən də ölənlər olmayıbmı?
Məsələ sərhəddə üzbəüz təmasdadır... Münasibətlərin və etimadın
yenidən qurulması kimi həssas dövrdə məqsəd həmin təması minimuma
endirməkdir", – Simonyan jurnalistlərə deyib.
Ermənistanın Azərbaycan ərazisindən tranzit üçün eyni proseduru
niyə tələb etməməsi barədə suala Simonyan belə cavab verib:
"Çünki Azərbaycanın da yaraları böyükdür. Azərbaycan
hesab edir ki... Ermənistan 30 il ərzində onların ölkəsinin 20
faizini işğal altında saxlayıb və hətta soyqırımı haqda bəyanatlar
verir. Onlar belə düşünürlər və görünür, Azərbaycan üçün hər hansı
mümkün gələcək təhlükəni önləmək çox vacibdir".
Əliyev iyulun sonunda demişdi ki, Ermənistanın Sünik vilayətindən
keçən Azərbaycan yükü və Azərbaycan vətəndaşları Ermənistan
sərhədçilərinin üzünü görməməlidir. O zaman baş nazir Nikol
Paşinyanın sözçüsü bu tələbi "Ermənistana qarşı gizli ərazi
iddiası" kimi rədd etmişdi.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu
işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə
birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları
aparılırdı.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.