Türkiyənin Ermənistanla əlaqələrin tənzimlənməsi üzrə xüsusi elçisi
Serdar Kılıç Ermənistana gedib.
Bu haqda "Armenpress" məlumat yayıb.
S.Kılıçı iki ölkənin sərhədindəki Marqara nəzarət-buraxılış
məntəqəsində Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmaq
üçün xüsusi elçisi Ruben Rubinyan qarşılayıb.
Ermənistan parlamentinin vitse-spikeri olan R.Rubinyan bir neçə gün
öncə jurnalistlərə deyib ki, tərəflər münasibətlərin normallaşması
üzrə bütün gündəmi müzakirə edəcəklər.
Ankara on
illərdir Türkiyə-Ermənistan sərhədinin açılmasını,
Yerevanla diplomatik əlaqələrin qurulmasını Ermənistan-Azərbaycan
münaqişəsinin Bakı üçün məqbul həlli ilə şərtləndirir. 2022-ci ilin
əvvəlində Ermənistan hökuməti ilə normallaşma danışıqları
başlayandan Türkiyə liderləri bu şərti səsləndirib.
26 avqust
Ərdoğan: 'Zəngəzur sülh layihəsidir'
"Zəngəzur keçidi bütün bölgə üçün bir sülh layihəsidir". Bunu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 25-də deyib. Onun
sözlərinə görə, layihənin bütün tərkib hissələri ilə
gerçəkləşdirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında
iqtisadi əməkdaşlığı yeni bir mərhələyə keçirəcək.
Ərdoğan əlavə edib ki, avqustun 22-də təməli qoyulan 224
kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmiryol xətti "Zəngəzur
dəhlizi"nin onurğa sütunudur.
"Hədəfimiz dəmiryol şəbəkəmizi 2028-ci ildə 17 min 500
kilometrə, 2053-cü ildə isə 28 min 600 kilometrə
çatdırmaqdır", – o söyləyib.
Azərbaycan və Türkiyənin "Zəngəzur dəhlizi" dediyi marşrut
Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvan
eksklavı ilə birləşdirəcək xətdir. Ermənistan uzun müddət "dəhliz"
termininə qarşı çıxıb, belə bir əlaqəyə "sülh yolu" deyib.
Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin
Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun
çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini,
ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı
bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.