Rusiyanın “Azimut” aviaşirkəti sentyabrın 23-dən
Krasnodar–Tbilisi–Krasnodar istiqamətində reyslərə başlayacaq. Bu
barədə məlumat aviaşirkətin saytında yerləşdirilib.
Krasnodar hava limanı 2022-ci il fevralın 24-də, Rusiyanın
Ukraynaya genişmiqyaslı hücumundan sonra bağlanmışdı.
“Rosaviatsiya” onun fəaliyyətinin bərpasını sentyabrın 11-də elan
edib.
Tbilisidən başqa, “Azimut” İstanbul, Antalya, İrəvan və Dubay
istiqamətində də reyslərin başlanacağı barədə açıqlama verib.
Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi Rusiya
Federasiyasının prezidenti Vladimir Putinin qərarı ilə 2023-cü il
mayın 19-da bərpa edilib. Uçuşları rus şirkətləri “Azimut”, Red
Wings və Georgian Airways həyata keçirirlər. Hazırda Rusiyanın 10
şəhərindən Tbilisi, Batumi və Kutaisiyə reyslər mövcuddur:
Moskva (Vnukovo və Jukovski)
Soçi
Mineralnıye Vodı
Ufa
Sankt-Peterburq
Nijni Novqorod
Kazan
Samara
Yekaterinburq
Novosibirsk
2022-ci il fevralın 24-də
hava limanları Ukrayna ilə sərhəddə
yerləşən bir sıra Rusiya bölgələrində, ilhaq olunmuş Krımda və
Rusiyanın cənub hissəsində, o cümlədən Krasnodarda bağlanmışdı
(amma Soçi hava limanı fəaliyyətini dayandırmamışdı).
Məhdudiyyətlər əvvəlcə qısa müddətə tətbiq edilmiş, dəfələrlə
uzadılmış və sonda qeyri-müəyyən müddətə çevrilmişdi.
2024-cü ilin mayında Elista, 2025-ci ilin iyulunda isə Qelencik
hava limanları fəaliyyətə başlamışdı. Bununla yanaşı, Krasnodar
vilayəti müntəzəm olaraq Ukrayna dronlarının hücumuna məruz qalır.
Dronlar həmçinin Ukraynadan daha uzaqda yerləşən Rusiya bölgələrinə
də zərbələr endirirlər. Son aylarda dron hücumları təhlükəsi
səbəbindən Moskva, Sankt-Peterburq və digər şəhərlərin hava
limanlarının işi vaxtaşırı pozulur, bu isə reyslərin qrafikində
gecikmələrə gətirib çıxarır. Lakin mülki hava limanlarına birbaşa
zərbə endirilməsi barədə məlumat yayılmayıb.
Rostov və Simferopol hava limanlarının fəaliyyəti
dayandırılmayıb.
Gürcüstanda yalnız Avropa İttifaqının sanksiyaları altında olmayan
aviaşirkətlər uçuşlar həyata keçirirlər.
Hava əlaqəsinin bərpasından sonra Vaşinqton bəyan edib ki,
Gürcüstan hava limanlarında rus aviaşirkətlərinə xidmət göstərən
gürcü şirkətlərinə qarşı sanksiyalar tətbiq oluna bilər, lakin bu
məhdudiyyət hələ qüvvəyə minməyib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.