“İmedi”nin maliyyələşdirilməsi – Bidzina İvanişvili televiziya şirkətini ən azı 2018-ci ildən maliyyələşdirir
Niderlandda fəaliyyət göstərən araşdırmaçı media layihəsi Follow the Money 8 sentyabrda məqalə dərc edib. Məqalədə qeyd olunur ki, “Gürcü Arzusu”nun əsas təbliğat vasitəsi – “İmedi” televiziya şirkətini Bidzina İvanişvili maliyyələşdirir. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” isə bu mövzu ilə bağlı daha ətraflı faktlar açıqlayıb.

Maliyyələşdirmə sxemi və borclar

Araşdırmaya görə, Bidzina İvanişvili “İmedi”ni ən azı 2018-ci ildən maliyyələşdirir.
2022-ci ilin sonunda televiziya şirkətinin İvanişvili ilə bağlı şirkətlərə olan borcu 61 milyon lariyə çatıb.
“Kartu Qrupu” ilə əlaqəli digər şirkətlərlə birlikdə ümumi borc 165 milyon lariyə yüksəlib, bu da “İmedi”nin maliyyələşdirilməsinin 50%-ni təşkil edir.
2023-cü ildə “İmedi” 331 milyon lari məbləğində kredit götürüb. Əsas kreditorlar Bidzina İvanişvili və İrakli Ruxadze olub (onların nəzarətində olan şirkətlər vasitəsilə).

Şirkət uzun illərdir zərərlə fəaliyyət göstərir. 2023-cü ilin sonuna qədər ümumi yığılmış zərər 388 milyon lariyə çatıb.

Redaksiya siyasəti

“İmedi” özünü müstəqil redaksiya siyasətinə malik özəl televiziya kimi təqdim etsə də, şirkətin sahibi İrakli Ruxadze açıq şəkildə etiraf edir ki, kanalın redaksiya xəttini o müəyyənləşdirir və bu siyasət “Gürcü Arzusu”nun partiya maraqlarına tam uyğun gəlir.
Mülkiyyət strukturu MMC “Teleimedi”nin 100%-i MMC “Georgian Media Production Group”a məxsusdur.

Onun sahibi isə Niderlandda qeydiyyatdan keçmiş “Media Finance Group”dur. 2023-cü ilin sonuna qədər şirkətin son benefisiarları İrakli Ruxadze, Benjamin Albert Marsoni və İqor Alekseyev olub.

İvanişvili ilə əlaqəli şirkətlərdən götürülən kreditlər

2018–

2022-ci illərdə “İmedi” İvanişvili ilə əlaqəsi olan aşağıdakı şirkətlərdən kredit alıb:
ASC “Banki Kartu” – 44,8 mln lari
MMC “Kartu Qrupu” – 6,9 mln lari
Wenigen Management Limited – 9 mln lari
Əgər 2018-ci ildə belə kreditlərin payı ümumi borclarda cəmi 10% idisə, 2022-ci ilə bu göstərici 21%-ə yüksəlib.

“Amber”in rolu

Televiziya şirkətinin iri kreditorları arasında MMC “Amber” də var. Bu şirkət 2018-ci ildən “İmedi”ni maliyyələşdirir və 2022-ci ilin sonunda 105 milyon lari həcmində kredit verib.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın araşdırmasına görə, böyük ehtimalla “Amber” də Bidzina İvanişvili ilə əlaqəli şirkətdir. Şirkət “Kartu Qrupu”ndan aldığı vəsaiti “İmedi”yə yönləndirib. Bu sxem təsdiqlənərsə, İvanişvili ilə əlaqəli şirkətlərin “İmedi”nin maliyyələşdirilməsində payı 56%-ə qədər yüksəlir.

Digər iri kreditor
“İmedi”nin maliyyə hesabatlarında Ps Capital Lux S.A.R.L adlı kreditor da qeyd olunur. Bu şirkət Lüksemburqda qeydiyyatdan keçib və 2021-ci ildən televiziya şirkətini maliyyələşdirir. 2022-ci ilin sonunda “İmedi”nin bu şirkətə borcu 126 milyon lari təşkil edib.


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
თეგები: Bidzina İvanişvili İmedi
FaceBook Twitter Google