Miqrasiya Departamenti 27 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 27 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.

Nazirliyin Miqrasiya Departamenti və onun müvafiq bölmələri arasında sıx koordinasiya nəticəsində həyata keçirilən tədbirlər çərçivəsində bu şəxslər ölkədən çıxarılıb.

Keçirilən kompleks əməliyyatlar nəticəsində Hindistan, İraq, Misir, Banqladeş, Çin, Kamerun, Azərbaycan, Angola, Qana, Pakistan və Türkiyə vətəndaşları — cəmi 27 nəfər deportasiya olunub.

Mövcud qanunvericiliyə əsasən deportasiya edilən şəxslərə ölkəyə giriş qadağan edilib.

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Departamentin səlahiyyətlərinə Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılması daxildir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google