Vahid Milli Hərəkat Partiyası bəyanat yayıb və bildirib ki, 4
oktyabr aksiyası ilə bağlı saxlanılan şəxslərdən 4-ü onların
partiyasının üzvüdür.
Partiyanın bəyanatında deyilir:
“Rejimin məqsədi vətənpərvərləri qorxutmaqdır ki, onlar Gürcüstanı
Rusiyanın marionet rejimindən azad etmək uğrunda mübarizəni
dayandırsınlar.”
“Rusiyanın marionet rejimi saxta ittihamlarla günahsız
vətənpərvərlərin repressiyasını davam etdirir.
Dünən axşam rus cinayətkarları və xainlər rejimi 15 tamamilə
günahsız, dinc nümayişçini həbs etdi. Onların arasında ‘Vahid Milli
Hərəkat’ın dörd üzvü də var: Aleksandre Xabeişvili, Serqo
Meqrelişvili, Abo Naveriani və Kaxa Mjavanadze.
Rejimin məqsədi vətənpərvərləri qorxutmaqdır ki, onlar Gürcüstanı
Rusiyanın marionet rejimindən azad etmək uğrunda mübarizəni
dayandırsınlar.
Onlar anlamırlar ki, gürcü xalqı heç vaxt rus hakimiyyətinə,
cinayətkar dəstənin Gürcüstan üzərində sahiblik etməsinə razı
olmayacaq.
Dinc mübarizə davam edəcək və gürcü xalqının qələbəsi ilə başa
çatacaq!
Rejimin bütün siyasi məhbuslarına həmrəylik və dəstək!
Yaşasın Gürcüstan!” — deyə bəyanatda qeyd olunur.
Daxili İşlər Nazirliyinin məlumatına görə 4 oktyabr aksiyası işi
üzrə 5 nəfər saxlanılıb — Paata Burçuladze, Murtaz Zodelava, İrakli
Nadiradze, Paata Mancqaladze və Laşa Beridze.
Onlara qarşı “Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla
dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış,
eləcə də qrup halında zorakılığın təşkili, rəhbərliyi və iştirak”
ittihamları irəli sürülüb. Bu cinayətlərə görə 9 ilədək azadlıqdan
məhrumetmə nəzərdə tutulur.
Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin 6 oktyabr
brifinqində bildirdiyinə görə, 4 oktyabr aksiyası ilə bağlı
istintaq çərçivəsində
15 iştirakçı müəyyən edilib, onlardan 13-ü
ilkin mərhələdə saxlanılıb.
2 nəfər isə hələ də gizlənməkdədir.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.