Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı qastrol səfərinə çıxıb
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Gürcüstan Respublikasının Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə ölkənin müxtəlif regionlarına qastrol səfərinə çıxıb.

Teatrın kollektivi tamaşaçılara Rafiel Eristavinin “Əvvəlcə öldülər, sonra evləndilər” və Əziz Nesinin “Öldür məni, əzizim” əsərləri əsasında hazırlanmış tamaşaları təqdim edir.

Siğnaği və Saqareco şəhərlərinin mədəniyyət mərkəzlərində nümayiş olunan “Əvvəlcə öldülər, sonra evləndilər” tamaşası tamaşaçılar

tərəfindən böyük maraqla qarşılanıb. Oktyabr ayında həmin tamaşa Xvareli şəhər teatrında da təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru teatrın direktoru Turqay Vəlizadədir.

Oktyabr ayında, həmçinin, Saqareco və Axmeta şəhərlərinin teatrlarında Əziz Nesinin “Öldür məni, əzizim” əsərinin motivləri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək. Bu tamaşanın rejissoru Qiorqi Apxazavadır.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının direktoru Turqay Vəlizadədir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google