Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsinin hakimi Lela Maridaşvili “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze, keçmiş baş prokuror Murtaz Zodelava, “Vahid Milli Hərəkat” partiyasının üzvü İrakli Nadiradze, “Strategiya Ağmaşenebeli” partiyasının liderlərindən biri Paata Mancqaladze və polkovnik Laşa Beridze haqqında həbs qərarı çıxarıb. Hakim qərarı yerində müşavirədən sonra elan edib.

Gürcüstan Prokurorluğu onlara aşağıdakı ittihamları irəli sürüb:
  • Qrup halında zorakılığın təşkil edilməsi və rəhbərliyi,
  • Strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd,
  • Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsinə çağırış.
Murtaz Zodelava, Paata Burçuladze və İrakli Nadiradze üç maddə ilə ittiham olunurlar:
  • Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi (qrup halında strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsinə və bloklanmasına cəhd),
  • 225-ci maddənin 1-ci hissəsi (qrup halında zorakılığın təşkil

    edilməsi və ona rəhbərlik),
  • 317-ci maddə (konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış).
İttiham sübuta yetirilərsə, onların hər birini 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google