Marneulidə bıçaqlanma hadisəsi baş verib – bir nəfər saxlanılıb
Marneulidə bıçaqlanma hadisəsi baş verib. Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi bir nəfəri saxlayıb.

“İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən restoranlardan birində baş vermiş mübahisə zəminində 1999-cu il təvəllüdlü M.O.-ya bıçaqla müxtəlif xəsarətlər yetirib və hadisə yerindən qaçıb”,
– Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, yaralı tibbi yardım göstərilməsi

məqsədilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü M.Ş. saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 19-108-ci maddəsi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google