Jurnalist, "Batumelebi" və "Netgazeti"nin təsisçisi/direktoru,
hazırda həbsdə olan Mzia Amağlobeli
Avropa İttifaqının insan hüquqları üzrə ən ali mükafatı – Saxarov
mükafatını alıb.
Avropa Parlamentinin məlumatına görə, 2025-ci il mükafatı
Amağlobeli ilə yanaşı, Belaruslu məhbus və jurnalist Andjey
Poçobuta da verilib.
Laureatların adlarını Avropa Parlamentinin sədri Roberta Metsola
oktyabrın 22-də Strasburqda, Parlamentin plenar iclasında
açıqlayıb.
"Hər iki jurnalist hazırda yalan ittihamlarla həbsdədir və bu,
yalnız ona görədir ki, onlar öz işlərini görürdülər, ədalətsizlik
barədə danışırdılar. Onların cəsarəti onları azadlıq və demokratiya
uğrunda mübarizənin simvoluna çevirdi. Bu qurum onların və azadlıq
tələb etməyə davam edən insanların yanındadır," – deyə Roberta
Metsola bildirib.
Saxarov Mükafatının finalçıları arasında Fələstində və bütün
münaqişə zonalarında olan jurnalistlər, Həmkarlar İttifaqını,
Qırmızı Xaç Cəmiyyətini və UNRWA-nı təmsil edən
jurnalistlər,humanitar yardım işçiləri, həmçinin serb tələbələr də
yer alıblar.
Mükafat haqqında:
"Fikir Azadlığı Uğrunda" Saxarov Mükafatı 1988-ci ildə rus alimi və
dissidenti Andrey Saxarovun şərəfinə təsis edilib. Mükafatın
məqsədi bütün dünyada insan hüquqlarının müdafiəsi və fikir
azadlığı uğrunda fədakarlıqla mübarizə aparan şəxsləri, qrupları və
ya təşkilatları mükafatlandırmaqdır. Mükafat həmçinin təqib olunan
siyasi məhbuslara və fəallara diqqəti cəlb etməyi hədəf
götürür..
Mükafatı müxtəlif vaxtlarda Nelson Mandela (1988), Malala Yusufzay
(2013), Aleksey Navalnı (2021), Ukrayna xalqı (2022) və Cənab Məhsa
Əmini (2023) alıblar.
2025-ci il laureatlarının mükafatlandırma mərasimi dekabrın 16-da
Strasburqda keçiriləcək. Mükafatın məbləği 50 000 avro təşkil
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.