“Bir neçə ildən sonra ilk dəfə Azərbaycan təyyarəsi Zvartnots hava limanına endi” – Azərbaycanın nümayəndə heyətinin Ermənistana səfəri
Azərbaycanlı politoloq Fərhad Məmmədov İrəvanda Azərbaycanın vətəndaş cəmiyyəti, ekspertlər və media nümayəndələrindən ibarət nümayəndə heyətinin ilk rəsmi səfərini dəyərləndirib. Məmmədov bu görüşün ikitərəfli formatda keçirilməsini və onun sülh prosesi üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistanın rəsmi strukturları görüşün “tam ikitərəfli formatda” baş tutması üçün şərait yaradıblar.

“Bir neçə ildən sonra ilk dəfə Azərbaycan

təyyarəsi Zvartnots hava limanına endi. Bu detal yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin normallaşmasının adi halına çevrilə bilər,”
– deyə Məmmədov bildirib.

İkitərəfli format və məsuliyyət
Fərhad Məmmədov qeyd edib ki, bu görüş bir sıra xüsusiyyətlərinə görə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu dəfə bütün mərhələlər – “Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın və mətbuat relizinin mətninin hazırlanmasına qədər” – tam ikitərəfli formatda həyata keçirilib.

“Bu, sülh gündəliyi üçün çox vacibdir, çünki müstəqil şəkildə təşkil olunan görüşlər sülh prosesinə əlavə məsuliyyət və impuls qazandırır,” – deyə politoloq vurğulayıb.

Məmmədovun fikrincə, Vaşinqtonda imzalanmış birgə bəyannamə Azərbaycanla Ermənistan arasında qarşılıqlı əməkdaşlıq üçün çərçivə yaradıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan isə “əldə olunmuş nəticələrin möhkəmləndirilməsi və münasibətlərin genişləndirilməsi istiqamətində addımlar atırlar.”

Politoloq qeyd edib ki, bu yol asan deyil, çünki “xarici sponsor” yoxdur və bütün işlər sırf ikitərəfli formatda aparılır.

Sülhə doğru cəmiyyətlərin iştirakı
Məmmədovun dəyərləndirməsinə görə, hökumətlər artıq vətəndaş cəmiyyətinin sülh prosesinə qoşulması üçün kifayət qədər baza yaradıblar. O, həmçinin “uzunmüddətli sülh və sabitliyə doğru iradə”nin mövcud olduğunu vurğulayıb.

Yüksək səviyyədə təşkil olunan görüş zamanı regionun geosiyasətindən tutmuş hər iki cəmiyyəti narahat edən məsələlərə qədər geniş spektrdə mövzular müzakirə olunub.

Politoloq əlavə edib ki, İrəvanda gəzinti zamanı o, televiziya efirlərindən tanıdığı bir jurnalisti gözlənilmədən görüb.

“Bəli, bəzi erməni mənbələrində narazılıq və təhqiramiz fikirlər səslənir... bəzi azərbaycanlı mənbələrdə isə razılaşmanın mümkünsüzlüyü barədə fikirlər bildirilir. Bu, indiki mərhələdə normal haldır. Hələ çox iş görülməlidir ki, cəmiyyətlər hökumətlərin sülh gündəliyinə alışsınlar,” – deyə politoloq bildirib.

Onun yekun fikrincə, sülh prosesini irəli aparmaq üçün rəsmi səviyyədə qərarlar qəbul olunur və “əgər mövcud tarixi mərhələdə vəziyyətin sabitləşməsi və davamlı sülhün formalaşması üçün şərait yaranıbsa, bundan maksimum yararlanmaq lazımdır.”


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google