Şalva Papuaşvili: “Həqiqi Gürcüstan ölkə xaricində kök salmış əyrı qüvvələrə qarşı çıxdı”

“Gürcü Arzusu"nun mübahisəli legitimliyə malik Parlament sədri Şalva Papuaşvili 2025-ci il 26 oktyabr Parlament seçkilərinin ildönümü ilə əlaqədar sosial

şəbəkədə geniş statusla çıxış edib. Orada o, “Gürcü Arzusu”nun təbliğat təkrarlamalarını — müharibəyə cəlb etmə ittihamlarını, Qərbin sui-qəsd iddialarını və “agent-akatsukilər”ə qarşı mübarizəni yenidən təkrarlayıb.

“26 oktyabr seçkiləri həqiqi, əyani və Gürcüstanın gələcəyini müəyyənləşdirən an idi. Biz, həqiqi

seçicilərimizlə birlikdə, yalnız daxili revanşist və dağıdıcı qüvvələrə, ‘Natsionalni’ hərəkatının ideologiyası ilə bulaşmış əyrı müxalifətə deyil, həm də onları idarə edən, xarici qlobalist qüvvələrə qarşı çıxdıq; bu qüvvələr uzun müddətdir ki, Gürcüstanı geopolitik şahmat taxtasında qurban roluna yazıblar. Bu qüvvələr yerli müttəfiqləri ilə birlikdə bizə: onlar Gürcüstan üçün, onun gələcəyi üçün nə yaxşıdır – daha yaxşı bilirlər, nəyi öyrənməliyik və nəyi verməliyik; necə gələcəyimizi qorumalıyıq və yerimiz haradadır — deyə bildirdilər. Minillik dövlətimizin hikmət və ağılı tənqid edildi və uçurumun kənarına itələndik. Bu məhz onları bizə zorla və inadla qəbul etdirilən əyrilikdir. Təhlükələrdən və risklərdən danışanda bəziləri bu tip qüvvələrin mövcudluğuna inanmadı. Azlıqda qalan skeptiklər parçalanmış müxalifətə dəstək verdi. Lakin möhkəm dayanan əksəriyyət ‘Gürcü Arzusunu’ və Vətənimizin milli maraqlarını seçdi.”


Papuaşvili həmçinin seçkilərin saxtalaşdırılması iddialarına, etiraz aksiyalarına və onun “vətənə xəyanətçi” elan etdiyi müxalif partiyaların boykotu məsələsinə toxunub:

“26 oktyabrdan sonra baş verənlər — ədalətli seçkilərin əsassız olaraq tamamilə saxtalaşdırıldığı bəyanı, etiraz dalğasının növbəti süni şəkildə qızışdırılması, marionet müxalifət tərəfindən boykot elan edilməsi və siyasi prosesin sabotajı — müxalifətin əksər seçicilərini səhvə düçar etdi. Müxalif partiyalar seçiciləri aldatdı, onlara verilən etimadı və mandatları boşaltdılar. Sonrakı proses göstərdi ki, hakimiyyət dözümlülük və ağıl nümayiş etdirdi, vətən xainləri və satqınlar isə öz mandatları ilə birlikdə məhvə getdilər.”

Papuaşvili ənənəvi olaraq Avropa ölkələrinə və onların diplomatik missiyalarına qarşı ittihamları da unutmayıb:

“Keçən il nadir və misilsiz hadisə oldu — bəzi qərb ölkələrinin və onların diplomatik missiyalarının Gürcüstanın daxili işlərinə kobud, hiyləgər və dağıdıcı müdaxiləsi. Biz gördük ki, örtük altında olan hər şey açıldı və Gürcüstanla bağlı planlar ifşa oldu. Bu plan Gürcüstanın demokratiyasını dəstəkləmək, xalqın iradəsini gücləndirmək və ya inteqrasiyasına yardım məqsədi daşımırdı. Bu plan hər vasitə ilə milli hakimiyyəti əvəz etmək arzusunu ehtiva edirdi; əgər bu baş versəydi, eyni anda bütün qüvvələr — açıq və ya gizli, media və QHT-lər, faydasız “aktsukilər” və faydalı “idiotlar” — fəaliyyətə başlamalı idi.”

Papuaşvilinin sözlərinə görə, Gürcüstan ölkə xaricində mövcud, “əyrilər” ilə üz-üzədir və onlar üçün Gürcüstan sadəcə öz maraqlarının oyuncağıdır:

“Bu mübarizədə cəbhə xətti bizim vətəndaşların zehninə düşür. Zehni müharibədə əsas hədəf məhz onlar — onların düşüncələri, inancları və davranışlarıdır. Düzgün hesablanmış psixoloji hücumla, adi insanlar inandırıldı ki, milli hakimiyyət sanki rusdur, müharibə yoxdur, məğlub qalibdir, xeyirxahlıq ölkənin dağılmasıdır, iqtisadi tərəqqi isə yoxsulluqdur.”

Papuaşvili iddia edir ki, 2025-ci il 4 oktyabrda keçirilmiş yerli özünüidarəetmə seçkiləri bütün spekulyasiyalara, yalanlara və əyriliklərə nöqtə qoydu:

“Buna görə də bu gün bir daha sadiq seçicilərimizə, həqiqi vətənpərvərlərə təşəkkür etmək istərdim. Eyni zamanda, konstitusion çərçivədə ölkənin inkişafını dəstəkləyən bütün vətəndaşlara təşəkkür borcluyuq — siyasi baxışından asılı olmayaraq, sülhü qiymətləndirən, tarixdən acı dərslər götürən və daha yaxşı sabah üçün ümid bəsləyənlərə. Biz vətənə qarşı olan məsuliyyətimizi və borcumuzu yerinə yetirəcəyik, satılmayacağıq və arxamızda dönməyəcəyik. Həqiqi və əyri arasında mübarizədə biz Həqiqi Gürcüstanı bütün gücümüz, biliyimiz və əzmimizlə bütün görünən və görünməyən düşmənlərdən qoruyacaq, hər cür əyriliyi, haqsızlığı və zorakılığı aradan qaldıracağıq,” —Şalva Papuaşvili yazıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google