DİN: Son 3 gündə aksiya iştirakçılarından 60 nəfər inzibati qaydada saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, son 3 gün ərzində keçirilən etiraz aksiyalarında ümumilikdə 60 nəfər inzibati qaydada saxlanılıb. Qurum saxlanılanların yalnız ad və soyadlarının baş hərflərini yayıb.



DİN aksiya iştirakçılarını “qanunsuz hərəkətlərdən çəkinməyə” çağırıb:

“Baxmayaraq ki, patrul polisi nümayəndələri aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərə yol verməmələri barədə xəbərdarlıq etmişdilər — çünki onların sayı yolun

bağlanması üçün qanuni əsas yaratmırdı — nümayişçilər hüquq-mühafizə orqanlarının çağırışlarına tabe olmadılar, nəqliyyatın hərəkət hissəsini yenidən bağladılar və avtomobil hərəkətini əngəllədilər.
Bir daha aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq, əks halda onlara qarşı qanunla nəzərdə tutulan tədbirlər görüləcək.”

______________________________________

Xatırladaq ki, ötən həftə “Gürcü Arzusu” partiyasının nəzarətində olan parlament etiraz aksiyalarını məhdudlaşdıran qanun dəyişikliyini qəbul edib. Paket təcili qaydada müzakirə olunub.
Dəyişikliklərə əsasən:

– Aksiyada üzün gizlədilməsi, yolun bağlanması, müvəqqəti konstruksiyaların qurulması, gözyaşardıcı vasitələrin daşınması, insanların və ya nəqliyyatın hərəkətinə bilərəkdən mane olmaq 15 sutkayadək inzibati həbsə səbəb olacaq.
– Əgər aksiya iştirakçıları odlu silah, tezalışan maddə, soyuq silah, pirotexnika və ya sağlamlığa zərər yetirə biləcək vasitə daşıyırlarsa, yaxud DİN-in tələbi ilə dayandırılmış aksiyada iştirak edirlərsə, bu, 60 sutkayadək həbs cəzası ilə nəticələnəcək.
– Bu hərəkətlərin bir il ərzində təkrar törədilməsi artıq cinayət məsuliyyəti yaradır.
– Həmçinin polis tələbinə üçüncü dəfə tabe olmamaq da cinayət məsuliyyəti ilə cəzalandırılacaq.

 

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google