Hakim “Gürcü Arzusu” partiyasının parlament sədri Şalva Papuaşvili,
Konstitusiya Məhkəməsinə qadağan
olunması üçün haqqında şikayətlə müraciət etdiyi siyasi
partiyaların siyahısını açıqlayıb.
Papuaşvilinin sözlərinə görə, müraciət aşağıdakı siyasi subyektləri
əhatə edir:
“Vahid Milli Hərəkat”
“Yeni
– Dəyişikliklər Koalisiyası”
“Güclü Gürcüstan”
Şalva Papuaşvili müraciətin hansı hüquqi əsaslara söykəndiyini
dəqiqləşdirməyib, lakin qeyd edib ki, “Gürcü Arzusu” məhz bu
partiyaların qadağan edilməsini məhkəmədən tələb edir.