8 müxalifət liderinə qarşı yeni ittihamlar irəli sürülüb

Prokurorluq müxalifətin 8 liderinə dövlət əleyhinə cinayət törətmək ittihamı ilə hüquqi təqib başlayıb.


Bu barədə 6 noyabr 2025-ci il tarixində keçirilən brifinqdə baş prokuror Qiorqi Qvarakidze məlumat verib.

O bildirib ki, hüquqi təqib aşağıdakı şəxslərə qarşı başlanıb: Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Qirçi Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidze.

Xüsusilə sabotaj və müxalifət liderlərinə qarşı hüquqi təqib aşağıdakı ittihamlarla başlayıb: xarici dövlətə düşmən fəaliyyətində kömək etmək, Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyinin əsaslarına qarşı fəaliyyətin maliyyələşdirilməsi, Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişdirməyə, dövlət hakimiyyətini devirməyə çağırışlar.

“Ukraynada hərbi əməliyyatların başlamasından sonra, Rusiya Federasiyası ilə mümkün hərbi konfliktin qarşısını almaq məqsədilə, Gürcüstan hökuməti milli təhlükəsizlik maraqlarını nəzərə alaraq, aqressor ölkəyə qarşı iqtisadi sanksiyaları tətbiq etməməyi və ölkədə sülhü qorumağı seçib. Bunun nəticəsi olaraq, Gürcüstanda fəaliyyət göstərən bəzi opposisiya partiyalarının liderləri – Elene Xoştaria, Zurab Qirçi Caparidze və Qiorqi Vaşadze, Gürcüstanın dövlət maraqlarına zərər verərək, beynəlxalq sanksiyaların tətbiqi üçün süni əsas yaratmaq məqsədilə, xarici dövlət nümayəndələrinə Gürcüstanda neft məhsullarının idxalı və Gürcüstanın hərbi sahəsində mövcud və ya uydurma vəziyyət barədə məlumat veriblər, yalan məlumatlar yayaraq iddia ediblər ki, Gürcüstan hava məkanı İranın döyüş dronlarının Rusiya Federasiyasına çatdırılması üçün istifadə olunur.”

Bundan əlavə, Elene Xoştaria, Zurab Qirçi Caparidze və Qiorqi Vaşadze məlumatları və sənədli materialları, o cümlədən dövlət qulluqçularının siyahılarını, dövri olaraq sanksiyaların tətbiqi üçün xarici dövlət nümayəndələrinə təqdim edirdilər. Nəticədə, müxtəlif ölkələr tərəfindən ümumilikdə Gürcüstanın təxminən 300 vətəndaşına sanksiyalar tətbiq olunub, bunlara siyasi vəzifəlilər, dövlət qulluqçuları və bəzi iş adamları daxildir.

2024-cü ilin oktyabrında, Parlament seçkilərində müxalifət partiyalarının məğlubiyyətindən sonra, seçkilərin saxtalaşdırılması bəhanəsi ilə, Zurab Qirçi Caparidze, Qiorqi Vaşadze, Elene Xoştaria, Nika Qvaramiya, Nikanor Melia, Mamuka Xazaradze və Badri Caparidze küçədə prosesin radikallaşdırılması üçün aktiv fəaliyyətə başladılar. Sözügedən şəxslər açıq şəkildə inqilab, hakimiyyətin devrilməsi, dövlət binalarının piketlənməsi və hüquq-mühafizə orqanlarına qarşı fiziki qarşıdurma çağırışları edirdilər.

Bundan əlavə, qanuni hakimiyyətin devrilməsi məqsədilə, aqressiv əhval-ruhiyyəli vətəndaşların kütləvi mobilizasiyası, toplaşması və zorakı hərəkətlərə cəlb olunması üçün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili şəxsi sosial səhifələrindən, həmçinin kütləvi informasiya vasitələrində yayımlanan video-müraciətlərdə tərəfdarlarını qanunsuz və zorakı hərəkətlərə çağırırdı, mübarizə və aqressiv müqavimətin zəruri olduğunu bildirirdi. Müraciətlərində tərəfdarlarını həmçinin dövlət binalarını ələ keçirməyə və “rejimin devrilməsinə” çağırırdı.

Parlament binasının ətrafında başlayan aksiyalar qısa müddətdə qanunla müəyyən edilmiş sərhədləri aşdı. Bir neçə dəfə polis qüvvələri ilə məqsədyönlü və təşkilatlanmış qarşıdurmalar baş verdi, o cümlədən “Molotov kokteylləri”, asan alışan və alov saçan maddələrin hüquq-mühafizə orqanlarına atılması halları oldu. Zorakı hərəkətlər yuxarıda adı çəkilən siyasətçilərlə koordinasiya olunmuşdu. Eyni zamanda, zorakı qruplar bir-biri ilə razılaşdırılmış şəkildə fəaliyyət göstərir və “radioqurğular” vasitəsilə sistemli əlaqə saxlayırdılar; bu cihazlar və digər əşyalar müxalifət partiyalarının – “Birləşmiş Milli Hərəkat”, “Droa” və “Qirçi- Daha Çox Azadlıq” ofislərində keçirilən axtarış zamanı götürülmüşdü.

2024-cü ilin 28 noyabrında, liderlərin çağırışı ilə Parlament binasının ətrafında polis əməkdaşları ilə başlayan zorakı qarşıdurma 6 gün davam etdi. Nəticədə zorakı qruplar hüquq-mühafizə orqanlarının 158 əməkdaşına xəsarət yetirdilər, onlardan bir neçəsinə ağır xəsarətlər də dəyib. Parlament binasındakı otaqlara od vurulmuş, binaya ciddi ziyan dəyib, polisə məxsus xüsusi texnika yandırılmış və dağıdılmış, Rustaveli prospektində dövlət və xüsusi mülkiyyətə aid hərəkətli və hərəkətsiz əmlaka ciddi ziyan vurulmuşdur.

Bununla paralel olaraq, zorakı qruplar üçün maliyyə və maddi resursların toplanması və təmin edilməsi koordinasiyalı şəkildə həyata keçirilirdi; siyasətçilərlə birlikdə bu işdə qeyri-hökumət təşkilatları və xüsusi olaraq bu məqsəd üçün yaradılmış “fondlar” da fəal iştirak edirdi, həmin fondlar isə öz növbəsində beynəlxalq donorlar tərəfindən maliyyələşdirilirdi“, –Qiorqi Qvarakidze.

Müxalifət liderlərinə ittihamlar aşağıdakı maddələr üzrə irəli sürülüb:
• Mixeil Saakaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi üzrə – Gürcüstanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışla bağlı ittiham.
• Zurab Qirçi Caparidze və Qiorqi Vaşadzeyə Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi və 319-cu maddəsi üzrə – sabotaş və xarici dövlətin düşmən fəaliyyətinə yardım göstərmək ittihamları.
• Elene Xoştariaya Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi, 319-cu maddəsi və 321-ci prim maddəsinin birinci hissəsi üzrə – sabotaj, bu cinayət üçün maddi resursların təmin edilməsi və xarici dövlətin düşmən fəaliyyətinə yardım göstərmək ittihamları.
• Nika Qvaramia, Nikanor Melia, Mamuka Xazaradze və Badri Caparidzeyə Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi üzrə – sabotaj ittihamı.

Prokurorluq, təqsirləndirilənlərə qarşı tədbir olaraq, Mamuka Xazaradze və Badri Caparidze üçün girov, digər təqsirləndirilənlər üçün isə məhkəməyə ilkin iclas tarixinin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində müraciət edəcək.


Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google