Gürcüstan Prokurorluğu əlilliyi olan şəxsə qarşı insan alveri,
təcavüz və hədə-qorxu ilə bağlı bir nəfərə qarşı rəsmi ittiham
irəli sürüb.
Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki,
Rustavi şəhərində təqsirləndirilən şəxs əvvəlcədən planlaşdıraraq,
aciz vəziyyətdə olan şəxsi istismar məqsədilə aldadaraq cəlb edib.
O, zərərçəkmişin zehni vəziyyətindən və itaətkar təbiətindən
istifadə edərək, onu hədə-qorxu və zorakılıq
yolu ilə öz xeyrinə
işləməyə məcbur edib.
"Xüsusilə, təqsirləndirilən şəxs demək olar ki, hər gün
zərərçəkmişi dilənməyə göndərir, onun hərəkətlərinə nəzarət edir və
topladığı pulları tamamilə əlindən alırdı. Əgər zərərçəkmiş
müqavimət göstərir və ya yetərincə pul gətirmirdisə,
təqsirləndirilən şəxs onu döyməklə və öldürməklə hədələyirdi, bu
yolla onun üçün qorxu və məcburiyyət mühiti yaradır, onu qul
vəziyyətinə salırdı – o, başqasının xeyrinə heç bir ödəniş almadan
işləməyə məcbur idi".
İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxs zor tətbiq
etməklə, zorakılıq hədəsi və zərərçəkmişin aciz vəziyyətindən
istifadə etməklə, onu dəfələrlə təcavüzə məruz qoyub.
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin:
- 143²-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi – aciz
vəziyyətdə olan şəxsə qarşı insan alveri,
- 137-ci maddənin 3-cü hissəsinin “d” bəndi – əlilliyi
olan şəxsin zorla zorlanması,
- 151-ci maddənin 2-ci hissəsinin “g” bəndi – aciz şəxsə
qarşı hədə-qorxu tətbiqi ilə bağlı ittihamlar irəli
sürülüb.
Bu maddələr üzrə 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Prokurorluğun təqdimatı əsasında, məhkəmə təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbiri seçib.
Cinayət işi üzrə istintaq davam edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.