Marneulidə birdəfəlik sosial yardımların verilməsi qaydalarında dəyişikliklər var

Marneuli bələdiyyəsinin səhiyyə və sosial proqramında dəyişiklik edilib. Buna əsasən vətəndaşlara artıq birdəfəlik sosial yardımlar verilməyəcək.


Bu bələdiyyədə qeydiyyatda olan şəxslərə yardım üzrə Məşvərət Şurasının mandatına aiddir. Artıq bu şura yalnız əməliyyatlar və müayinələr üçün maliyyələşdirmə təmin edə biləcək. Məsələ Bələdiyyə Məclisinin 4 dekabr tarixində keçirilən iclasında müzakirə üçün meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze tərəfindən irəli

sürülüb.

“Şuranın fəaliyyətinin əsas istiqaməti Marneuli bələdiyyəsinin ərazisində qeydiyyatda olan şəxslərin müraciətlərinə baxmaq və onlara yalnız əməliyyatlar , müayinələr istiqamətində kömək göstərməkdir. Əsas dəyişiklik ondan ibarətdir ki, maliyyə yardımı artıq birdəfəlik ödəniş olmayacaq, biz yalnız təqdim olunmuş sənədlərə əsasən müayinələr və əməliyyatlar istiqamətində kömək göstərəcəyik. Bu deməkdir ki, artıq vəsait vətəndaşın şəxsi hesabına köçürülməyəcək. Hesablaşmalar klinikalar və tibb müəssisələri ilə aparılacaq”, - Mamuka Şubitidze bildirib.

Deputatlar bu məsələ ilə bağlı müsbət qərar qəbul etdilər. Bələdiyyə Məclisinin iclasında gündəliyə daxil olan 3 məsələ müzakirə edilib. Bunlar arasında 9 aylıq büdcənin icrası və Marneuli Bələdiyyəsinin sosial və səhiyyə proqramında ediləcək dəyişikliklər də var.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google