Marneuli Mədəniyyət Evinin bərpası 3 il davam edəcək - Mədəniyyət Mərkəzi yeni bina axtarır

Marneuli Mədəniyyət Evinin tam bərpa/yenidənqurma işləri 2026-cı ildə başlayacaq.


Bu barədə Marneuli meriyası məlumatı yayır və işlərin üç il davam edəcəyini bildirir.

Marneuli Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili "Marneuli" radiosuna bildirib ki, indiki mərhələdə Mədəniyyət Evinin dərnəklərinin köçürüləcəyi alternativ məkanın tapılması prosesi gedir.

Mədəniyyət Evinin binası təmir/bərpa işləri zamanı bağlanacaq.

Marneuli meriyasının yaydığı məlumata görə,

binanın daxili və xarici hissələrinin tam sökülməsi, tarixi görünüşünün bir hissəsi qorunub saxlanılması və yeni sol, sağ tərəflərin əlavə edilməsi, müasir standartlara cavab verən teatr zalı, xoreoqrafiya məşq studiyasının təşkili, əsas zalın tamamilə təmir edilməsi planlaşdırılır.

Meriyanın məlumatına görə, layihənin dəyəri 7 585 000 laridir və Regional İnkişaf Layihələri Fondundan, Marneuli Bələdiyyəsinin yerli büdcəsindən maliyyələşdiriləcək.

Hazırda Mədəniyyət Evinin binasının bərpa/yenidənqurma işlərinin alınması üçün heç bir tender elan edilməyib. İndiki mərhələdə Marneuli Mədəniyyət Mərkəzinin nə vaxt yeni binaya köçürüləcəyi məlum deyil.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google