Sovet işğalı günü ilə əlaqədar olaraq Marneulidə dövlət bayrağı endirilib
Bu gün, 25 fevral tarixində Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal olunmasından 105 il ötür.
Bununla əlaqədar olaraq, Marneulinin meriya binası qarşısında dövlət bayrağı endirilib.

“Sovet işğalı günü ilə əlaqədar Marneulinin Meriya binası qarşısında dövlət bayrağı aşağı endirildi.
Sovet işğalından 105 il ötür!”,
- Marneuli meriyası yazır.

Xatırladaq ki, 105 il əvvəl, 1921-ci il fevralın

25-də Qızıl Ordu hissələri Tbilisini ələ keçirdi və ölkədə kommunist hakimiyyəti quraraq Gürcüstan Sovet Sosialist Respublikasını yaratdı.

Gürcüstanın sovetləşməsi ilə bağlı çoxlu məlumatlar var, amma az adam bilir ki, Gürcüstanın “Qızıllaşması” Marneulidən, konkret olaraq Şulaveri kəndindən başlayıb.

1921-ci il fevralın 16-da Şulaveridə (indiki Şaumyani) Gürcüstanda “Əməkdar üsyanı”-na rəhbərlik etməli olan “Gürcü İnqilab Komitəsi” (Revkom) yaradıldı.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
თეგები: 105 il İşğal Marneuli
FaceBook Twitter Google