Meriya Cavaxişvili küçəsindəki kanalın bərpası üçün ikinci dəfə tender elan edib

Marneuli yerli özünüidarəetməsi Cavaxişvili küçəsində mövcud olan suvarma kanalının bərpası işləri üçün ikinci dəfə tender elan edib.


Birinci tenderdə heç bir şirkət iştirak etməyib. Buna görə də tender baş tutmayıb.

Marneuli meriyasının elan etdiyi tenderə əsasən, ümumilikdə 909 metr uzunluğunda dəmir-beton suvarma kanalının qurulması planlaşdırılır. Bunun 761 metri monolit dəmir-beton, 148 metri isə yığma dəmir-beton suvarma

kanalı olacaq.

“Suvarma kanalı Marneuli şəhərində, Cavaxişvili küçəsində qurulmalıdır. Mövcud vəziyyətə görə, həm məskunlaşmamış ərazidən, həm də əhalinin torpaq sahələrindən və həyətyanı sahələrindən keçən torpaq hissəsi zədələnib və təmizlənməlidir. Bu səbəbdən suvarma suyu təyinat yerinə çata bilmir və əhalinin yaxınlıqdakı həyətyanı sahələri su altında qalır. Həmçinin baş qurğu da zədələnib. Qeyd olunanlardan irəli gələrək, yeni suvarma kanalının qurulması zəruridir”, – suvarma kanalının qurulması layihəsində qeyd olunur.

Yerli özünüidarəetmə Cavaxişvili küçəsində yerləşən suvarma kanalının bərpasına 225 140 lari xərcləməyi planlaşdırır.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
თეგები: Cavaxişvili Marneuli Suvarma kanalı
FaceBook Twitter Google