1 may tarixindən etibarən Marneuli-Tbilisi (Vağzal meydanı)
istiqamətində hərəkət edən mikroavtobuslarda gediş haqqı artırılıb.
Hər gün Marneulidən paytaxta gedən yüzlərlə sərnişinin böyük
əksəriyyətini tələbələr təşkil edir. İki şəhər arasındakı məsafənin
yaxın olması və Tbilisidə mənzil kirayəsinin baha olması gəncləri
gündəlik gedib-gəlməyə məcbur edir.
“Marneuli” radiosu yaranmış vəziyyətlə bağlı tələbələrin
fikirlərini öyrəndi. Müsahibə verən gənclər yeni
qiymətlərin onlar
üçün əlçatan olmadığını və tariflərə yenidən baxılmalı olduğunu
bildirdilər.
Algeti kənd sakini, İlia Dövlət Universitetinin hazırlıq kursu
tələbəsi Ülvi İsmayılov həftədə iki dəfə Tbilisiyə gedir. O, həm də
həftənin beş günü mağazada işləyərək xərclərini qarşılayır.
“Həftədə 5 gün “Ori Nabiji” mağazasında işləyirəm.
Qalan 2 gün isə istirahət günüm olduğuna görə Marneuliyə, evimə
gəlirəm. Təkcə kənddən Marneuliyə gələndə həftədə 10 lari pul
ödəyirəm. Qiymətlər yüksəlmədən əvvəl ayda sadəcə yol üçün təxminən
50 lari xərcim çıxırdı. Əlbəttə ki, yoldan əlavə şəxsi xərclərim də
olur. Qiymətlər yüksəldikdən sonra isə düşünürəm ki, mənim yol üçün
ayıracağım vəsait daha artıq olmalıdır. Bu isə ayda təxminən 100
lariyə qədər xərcimin artacağını göstərir.
Qiymətlərin bu cür yüksəlməyi necə ki, mənim üçün eləcə də təhsil
almaq üçün gedib-gələn bütün tələbələr üçün çətin bir vəziyyətdir.
Yeni qiymətlər təkcə tələbələrə deyil, əhali üçün də çətinlik
yaradır. Düşünürəm ki, aidiyyəti qurumlar əhalinin və tələbələrin
istəklərini və narazılıqlarını nəzərə almalıdır. Qiymətləri yenidən
təhlil etməli və yeni, daha əlçatan və uyğun qiymət
çıxarmalıdırlar”, - Ülvi dedi.
Adının açıqlanmasını istəməyən digər bir tələbə bizimlə
müsahibəsində bildirdi ki, 150 lari yol xərci onun üçün böyük
məbləğdir. O, tələbə olduğu üçün işləmədiyini və bütün bu xərcləri
qarşılamaqda ailəsindən dəstək aldığını vurğuladı.
“Həftədə 6 gün Tbilisi şəhərinə gedirəm. Kirayə
mənzildə qalmaq üçün ev yoldaşı tapa bilmədim deyə gedib-gəlməli
oluram. Qiymət qalxmamışdan əvvəl ayda yol üçün 144 lari xərcim
çıxırdı. İndi isə 192 lari xərcim olacaq. Tələbələrin çoxu işləmir
və xərclərini əsasən ailələrindən aldıqları pulla qarşılayırlar. Bu
səbəbdən onların böyük maliyyə imkanları olmur. Tələbə üçün ayda
yalnız təxminən 150 lari yol xərci kifayət qədər böyük məbləğ
sayılır. Üstəlik, bunun üzərinə əlavə 50 lari də gəldikdə, bu artıq
müəyyən dərəcədə maddi çətinlik yaradır”.
Qeyd edək ki, Marneulidən Tbilisiyə iki marşrut xətti fəaliyyət
göstərir: Marneuli-Tbilisi (Vağzal meydanı) və Marneuli-Tbilisi
(Samqori). Hazırda Marneuli-Vağzal meydanı istiqamətində gediş
haqqı 1 lari artaraq 4 lari olub. Marneuli-Samqori xəttində isə
qiymət dəyişməyib və 3 lari olaraq qalır.
Xatırladaq ki, gediş haqqının artmasına səbəb yanacağın qiymətinin
qalxması olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.