Marneulinin “Geo Hospitals” klinikasının iki ay əvvəl döyülən mühafizəçisi vəfat edib

Marneulinin “Geo Hospitals” klinikasının iki ay əvvəl döyülən mühafizəçisi vəfat edib.


Bu barədə məlumatı “Marneuli News” agentliyi yayıb. Məlumata görə, 63 yaşlı kişi elə həmin klinikada dünyasını dəyişib.

Aprelin 11-də hüquq müdafiəçisi Samira Bayramova Marneuli meriyasının əməkdaşının qardaşının klinikada mühafizəçini amansızcasına döydüyü barədə məlumat yaymışdı.

“Marneuli” radiosunun məlumatına görə, döyülmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına elə klinikanın özü müraciət edib. Həmin vaxt pasiyent yerindəcə müayinə olunub, vəziyyətinin ağırlığı nəzərə alınaraq Tbilisidəki tibb müəssisələrindən birinə köçürülmüşdü.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə istintaq başladılıb. Hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google