Marneuli bələdiyyəsinin Xancığazlı kəndində içməli su sisteminin
qurulması məqsədilə dövlət satınalması elan edilib.
Tender layihə-smeta sənədlərinin hazırlanması xidmətini nəzərdə
tutur və bu layihənin dəyəri 40 000 laridir. Layihə sənədləri
hazırlandıqdan sonra kənddə içməli su sistemi üzrə
tikinti-quraşdırma işlərinin həyata keçirilməsi planlaşdırılır.
Sənədə əsasən, həmin işlərin ümumi təxmini dəyəri 1 000 000 lari
təşkil edir. Texniki
tapşırığa görə, gələcək layihə kənddə
standartlara uyğun olaraq içməli su quyusunun və daxili şəbəkənin
qurulmasını təmin etməlidir.
Bundan əlavə, xlorlama binasının inşası, texnoloji hissənin
təşkili, su sayğaclarının quraşdırılması və ehtiyac olduqda su
qülləsinin tikintisi, eləcə də baş qurğunun perimetrinin
hasarlanması nəzərdə tutulur. Qalib layihə təşkilatı "Marneuli Kənd
Suları" MMC-nin əməkdaşları ilə birlikdə yerində mövcud vəziyyəti
tam öyrənməlidir. Yekun işlər məhz qeyd olunan şirkətin razılığı
əsasında rəsmiləşdiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.