Marneuli şəhərinin Qamsaxurdiya küçəsində avtomobillərin hərəkəti
məhdudlaşdırılıb.
Buna səbəb ərazidə içməli su sisteminin çəkilməsidir. İşləri “GPA
kontrakt” şirkəti həyata keçirir.
Şirkət işçilərinin verdikləri məlumata əsasən, işlər təxminən saat
17:00-dək davam edəcək. Bu müddət ərzində əsas su boruları qazılmış
xəndəklərə yerləşdiriləcək və fərdi yaşayış evlərinə gedən xətlərə
birləşdiriləcək.
Xatırladaq ki, 2025-ci il oktyabrın 23-də Marneulidə bir
sıra
küçələr su təchizatı sisteminin bərpası işləri çərçivəsində iki ay
ərzində mərhələli şəkildə bağlandı.
Qrafikə əsasən bərpa işləri iki ay ərzində, dekabrın 30-dək davam
etməli idi. Lakin su və kanalizasiya layihəsinin başa çatdırılma
tarixi 2026-cı ilin sentyabr ayına təxirə salındı.
Hazırda Marneuli şəhərində içməli su xətlərinin çəkilməsi işləri
hələ də davam edir.
Marneuli şəhəri və ətraf kəndlərdə su təchizatı və kanalizasiya
layihəsinə 2019-cu ildə başlanılıb. Layihə çərçivəsində yollar
qazılıb, infrastruktur sıradan çıxıb, ictimai nəqliyyata və şəxsi
avtomobillərə ziyan dəyib. İlkin plana əsasən, "Akelik Group"
şirkəti layihəni 2021-ci ilin martına qədər tamamlamalı idi, lakin
şirkət öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 55 940 022 dollar
dəyərindəki layihə dayandırılmışdı.
Su Təchizatı Şirkəti yeni müqaviləni Türkiyə və Çin şirkətləri ilə
imzalayıb. Hazırda işləri "China Geo-Engineering Corporation" (CGC)
və "POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Şirketi" həyata
keçirir.
Asiya İnkişaf Bankının dəstəyi ilə icra olunan layihəyə 135 milyon
laridən çox vəsait sərf olunacaq. Layihə çərçivəsində yeni su
təchizatı şəbəkəsi, nasos stansiyası, rezervuarlar, yeni
kanalizasiya şəbəkəsi və müasir standartlara uyğun təmizləyici
qurğu inşa edilir.
Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saatlıq su
təchizatı və yeni kanalizasiya infrastrukturu ilə təmin
olunmalıdır.
Eyni mövzuda:
Marneulidə
su və kanalizasiya layihəsinin yekunlaşması sentyabra qədər təxirə
salındı
Marneulidə küçələr su təchizatı layihəsi çərçivəsində bağlanacaq –
Xəritə
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.