Marneulidən olan “Milli Hərəkat”ın üzvü Baş nazirə müraciət edir

"Marneulinin 80%-nin suvarma suyu yoxdur, məhsul məhv olur" - qeyd olunan problemlə bağlı "Vahid Milli Hərəkat" partiyasının üzvü və

Marneuli sakini Ramal Əhmədov, Gürcüstanın Baş nazirinə feysbukda açıq məktubla müraciət edir və dərhal reaksiya verməsini xahiş edir.

Əhmədovun bəyanatına görə, məsul qurumlar problemin həlli ilə məşğul olmaq əvəzinə, məsuliyyəti bir-birlərinin üzərinə atırlar.

"Mən, Ramal Əhmədov, dəfələrlə Marneuli Meliorasiyasının rəhbəri Malxaz Qoqiladzeyə müraciət etdim, lakin ondan aldığım cavab o oldu ki, onlar bu suvarma kanalına xidmət göstərmirlər və qeyd olunan kanal Marneuli meriyasının balansındadır. Buna baxmayaraq, meriyanın əməkdaşları ilə də əlaqə saxladım, oradan da cavab aldım ki, onlar bu məsələyə baxmırlar və bu işlə Marneuli Meliorasiyası məşğul olmalıdır."


Ramal Əhmədov məktubda yerli hakimiyyəti də tənqid edir və fəaliyyətsizlikdə günahlandırır. Onun sözlərinə görə, yaranmış vəziyyətə nə Marneuli meri Daur İsmayılov, nə də Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze diqqət ayırır.

"Cənab Baş nazir, əhali suvarma suyundan məhrum qalıb, xalqın yetişdirdiyi məhsul isə məhv olur. Bu problemə nə Marneuli meri Daur İsmayılov, nə də aylıq maaşı təxminən 7000 lari olan Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze diqqət yetirir" - müraciətdə deyilir.

Ramal Əhmədov həmçinin, Marneuli Meliorasiyasının

rəhbəri Malxaz Qoqiladzenin tutduğu vəzifədən azad edilməsini tələb edir.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google