Qızılhacılıda təbii qazın verilişi bu gün bərpa olunacaq.
İyulun 19-dan etibarən Qızılhacılı kənd sakinləri təbii qaz
təminatından məhrum olub. Əhaliyə üç gündür ki, qaz verilmir.
Yaranmış vəziyyətlə bağlı Qızılhacılı kəndinə qaz paylayan
"Mamedqaz" MMC-nin rəhbəri Nəriman Allahverdiyev ilə əlaqə
saxladıq. Şirkət rəhbərinin "Marneuli" radiosuna verdiyi məlumata
görə, qaz təminatının dayandırılmasına səbəb xəttə normadan artıq
təzyiqin
vurulması və nəticədə boruların sıradan çıxmasıdır.
"Qaz bazar günü səhər saat 6-dan yoxdur. Hal-hazırda
düzəldirlər. Ərazidə sabahdan işləyirlər, qaydaya salırlar. Təzyiqi
çox buraxıblar və boruyu xarab ediblər. 30 000 larilik avadanlıq
aldım, qoydum, indi düzəldirlər. Əhaliyə qazı bu gün verəcəklər. Bu
1 saat yoxsa 10 dəqiqə çəkər dəqiq deyə bilmərəm", —
Nəriman Allahverdiyev bildirdi.
Qeyd edək ki, bu, Qızılhacılıda əhalinin təbii qazsız qaldığı ilk
hal deyil. Təxminən bir ay əvvəl "Mamedqaz" MMC ilə Gürcüstanın
Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası
(SEMEK) arasında yaranmış maliyyə anlaşılmazlığı səbəbindən əhaliyə
qazın verilişi dayandırılmışdı. Belə ki, "Mamedqaz" MMC
istehlakçılardan SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik
tarifdən daha baha — 57 tetri tələb edirdi və bu səbəbdən tərəflər
arasında razılıq əldə olunmurdu.
"Mamedqaz" Qızılhacılı əhalisindən müəyyən edilmiş
tarifdən artıq ödəniş tələb edir – “Semek”
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.