Yeni, 2026–2027-ci tədris ilindən etibarən qeyri-gürcüdilli
məktəblərdə gürcü bölmələri açılacaq.
Təhsil nazirinin müvafiq qərarı bütün təhsil müəssisələrinə şamil
olunacaq.
Yeni qaydaya əsasən, məktəblərə şagird qəbulu artıq elan olunmuşdu.
Hətta konkrеt məktəbdə gürcü bölməsinə yalnız 1 şagird qeydiyyatdan
keçsə belə, təhsil müəssisəsi həmin bölməni açmağa borclu idi.
Marneuli bələdiyyəsində 74 dövlət məktəbi fəaliyyət göstərir ki,
bunlardan
9-u gürcüdilli, 8-i isə qarışıq məktəbdir. Yeni tədris
ilindən isə daha 13 dövlət məktəbində gürcü bölməsi fəaliyyətə
başlayacaq. Bu barədə “Marneuli" radiosuna yerli Resurs Mərkəzinin
nümayəndəsi İrma Davadze bildirdi və şagirdlərin gürcü bölməsində
təhsil almaq istəyi bildirdiyi məktəblərin siyahısını təqdim
etdi:
- Yuxarı Saral orta məktəbi
- Kürtlər orta məktəbi
- Candar orta məktəbi
- İlməzli orta məktəbi
- Əzizkənd orta məktəbi
- Dəmyə-Görarxı orta məktəbi
- Ləjbəddin orta məktəbi
- Marneuli 1 saylı orta məktəbi
- Marneuli 3 saylı orta məktəbi
- Marneuli 4 saylı orta məktəbi
- Keşəli orta məktəbi
- Kosalı orta məktəbi
İrma Davadzenin sözlərinə görə, qeyd olunan məktəblərə 15 yeni kadr
işə götürüləcək.
"Sözügedən məktəblərdə 15 yeni kadra ehtiyac olacaq.
Çünki Kosalıda iki optimallaşdırılmış məktəbimiz var və hər
ikisində istək bildirilib, lakin məktəb bir sayılır. Mütəxəssisin
kvalifikasiyasına gəlincə, o, ibtidai siniflər üzrə kombinə edilmiş
statusa malik olmalı — imtahanı vermiş və minimum baş müəllim
statusuna sahib olmalıdır", — İrma Davadze qeyd
etdi.
Məktəblərdə yeni açılmış gürcü bölmələrinə ümumilikdə 106 birinci
sinif şagirdi qeydiyyatdan keçib. Marneuli miqyasında fəaliyyət
göstərən təhsil müəssisələri bu il 2000-dək birinci sinif şagirdini
qəbul edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.