Qaçağanlı Samin Aslanov imtahanda topladığı yüksək balla uşaqlıq arzusuna bir addım da yaxınlaşır
Marneulili gənc məktəbi bir il tez bitirib, tibb fakültəsində təhsil almağı planlaşdırır
Marneuli bələdiyyəsinin Qaçağan kənd sakini, 2008-ci il dekabrın 8-də anadan olan Samin Aslanov məktəbi eksternat yolu ilə bir il tez — 12 il əvəzinə 11 ilə başa vurub. O, Vahid Milli İmtahanlarda ümumi qabiliyyət testini ana dili olan azərbaycan dilində verərək 69 bal

toplayıb.

Samin universitet seçimi siyahısında ilk sıraya Tbilisi Dövlət Tibb Universitetini yazıb. Yekun qəbul nəticələri hələ məlum deyil/ Bu, balların paylanması mərhələsində müəyyən olunacaq.

Samin deyir ki, imtahanlara marağı 6-cı sinifdən yaranıb və elə o vaxtdan Tbilisi Dövlət Tibb Universitetinə qəbul olmağı qarşısına məqsəd qoyub.

Onun tibb sahəsindəki planları da artıq dəqiqdir. Daha çox kardiocərrahlıq sahəsi ilə maraqlanır. Samin özü qeyd edir ki, cərrahlığa olan həvəsi uşaqlıq illərindən başlayıb.

Samin imtahana hazırlaşmasında əməyi olan repetitorların — Nurəddin Həsənov və Elminaz Osmanovanın, eləcə də „ÜQK“ hazırlıq mərkəzinin adını çəkir.

Hazırda Samin yekun nəticələri gözləyir. Əgər balı kifayət edərsə, onun həkim, xüsusən də kardiocərrah olmaq kimi uşaqlıq arzusu reallığa çevriləcək.




„1+4“ proqramı etnik azlıqların ali təhsil müəssisələrinə rahat qəbul olunmasına və cəmiyyətə inteqrasiyasına kömək edən dövlət təhsil proqramıdır. Bu proqram ümumi qabiliyyət imtahanının ana dilində verilməsini və birillik gürcü dili hazırlıq kursunu əhatə edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google