Marneuli meriyası Mədəniyyət Evinin inventarını yerləşdirmək üçün anbar sahəsi icarəyə götürməyi planlaşdırır

Marneuli meriyası Rustaveli küçəsi 106 saylı ünvanında yerləşən Mədəniyyət Evinin binasında aparılacaq

bərpa-təmir işləri ilə əlaqədar mövcud inventarı müvəqqəti yerləşdirmək üçün uyğun anbar sahəsi axtarır və bazar araşdırması elan edir.

Məlumat Marneuli meriyasının rəsmi internet səhifəsində (marneuli.gov.ge) dərc olunub.

Maraqlanan şəxslər 10 avqust 2026-cı il tarixinədək (saat 09:00-dan 18:00-dək) icarə obyektinin ehtimal olunan qiymətini göstərməklə öz təkliflərini təqdim edə bilərlər. Təkliflərin qəbulu meriyanın İnzibati Xidmətinin Vətəndaşlara Xidmət Şöbəsində aparılır (Ünvan: Marneuli şəhəri, Rustaveli küçəsi N73).

Anbar sahəsinə dair əsas tələblər:
  • Sahə və hündürlük: Azı 350 kv.m, ən çoxu 500 kv.m; tavanın hündürlüyü azı 5.5 metr.
  • Məkan: Mədəniyyət Evinin binasından maksimum 5 kilometr məsafədə, yük nəqliyyatının maneəsiz hərəkəti üçün logistik baxımdan əlverişli yerdə.
  • Məkanın planlaşdırılması: Daxili arakəsmələri olmayan və ya minimum arakəsməyə malik vahid sahə.
  • Texniki göstəricilər: Elektrik enerjisi (su təchizatının olması arzuolunandır), videonəzarət sistemi və inventarla yüklənmiş yük maşını/manipulyatorun rahat daxil ola biləcəyi giriş qapısı.
  • Təhlükəsizlik: Sahə yağışdan və digər ətraf mühit amillərindən tam qorunmalıdır.
Sənədlərə əsasən, daxil olmuş təkliflərə müraciətlərin qəbulu başa çatdıqdan sonra ən geci 5 iş günü müddətində Marneuli merinin yaratdığı işçi qrupu tərəfindən baxılacaq. Bazar araşdırması prosesində meriya

təqdim edilən obyektlərə ehtiyac yarandığı təqdirdə baxış keçirmək hüququna malikdir.



 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google