Marnulidə, Candar və Şulaver 2 nömrəli dövlət məktəblərində
avqustun 20-dən etibarən Çindən idxal olunmuş yeni məktəb formaları
yerləşdiriləcək.
Yerli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanovun "Radio
Marneuli"yə verdiyi məlumata görə, valideynlər geyimləri sentyabrın
1-dən etibarən ala biləcəklər.
Mərkəz rəhbərinin sözlərinə görə, yeni tənzimləməyə əsasən, xüsusi
güzəştlər də nəzərdə tutulub.
Məktəb formaları Ukraynadan olan məcburi köçkün
uşaqlara və sosial
cəhətdən təminatsız ailələrin şagirdlərinə ödənişsiz veriləcək.
Qeyd edək ki, məktəb formalarının satışı və hesablaşma
qaydası Təhsil və Elm nazirinin xüsusi əmri ilə
tənzimlənir.
Sənədə əsasən:
Məktəb formalarının satışı "Təhsil Resursları" Məhdud Məsuliyyətli
Cəmiyyəti (MMC) tərəfindən müəyyən edilmiş fiziki məkanlardan
(satış məntəqələri / paylama mərkəzləri) və/yaxud "Təhsil
Resursları" MMC tərəfindən idarə olunan veb-sayt vasitəsilə onlayn
satış yolu ilə həyata keçirilir.
Məktəb formalarının satışı yalnız nağdsız ödəniş formasında
aparılır. Hər bir satış məntəqəsində azı bir bank ödəniş terminalı
yerləşdirilməlidir.
Terminal olmadıqda və ya texniki nasazlıq yarandıqda, ödəniş bank
köçürməsi yolu ilə, məbləğin "Təhsil Resursları" MMC-nin müvafiq
xəzinə koduna köçürülməsi və ödəniş tapşırığının satış məntəqəsinə
təqdim edilməsi ilə həyata keçirilə bilər.
Hazırda forma geyinmək yalnız birinci sinif şagirdləri üçün
məcburidir, digər siniflərin (II–VI) şagirdləri isə formaları
mərhələli şəkildə əldə edəcəklər.
Məktəb formalarının qiymətləri
Nazirin əmrinə əsasən, formanın hər bir detalının qiyməti sabitdir
və onun fərqli tariflə satılması yolverilməzdir. Qiymətlər
aşağıdakı kimi müəyyən edilmişdir:
Məktəb pencəyi (oğlan/qız): 45 lari
Məktəb şalvarı (oğlan/qız): 25 lari
Məktəb ətəyi (qısa/uzun): 25 lari