404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

14 vakant yer və 183 namizəd - meriyada müsahibə mərhələsi başa çatdı
Marneuli meriyasındakı 14 vakant yer üçün müsahibə mərhələsi tamamlandı. Marneuli meriyası inzibati xidmətinin rəhbəri Nino Dekanoidze bizimlə söhbəti zamanı qeyd etdi ki, müsahibədə 183 namizəd iştirak edib.

“Namizədlər yaxşı hazırlaşmışdılar və hazırlıqlı görünürdülər. Elə vəzifələr var ki, burada müsahibə nisbətən çox oldu və namizədlər də müəyyən dərəcədə səfərbərlik nümayiş etdirdilər və müəyyən vəzifələr də var ki, orada daha çox peşəkarlığa ehtiyac var” – deyə Nino Dekanoidze bildirdi.

Nino Dekanoidze onu da bildirdi ki, hal-hazırda komissiyanın nəticələrini yekunlaşdırırlar, bundan sonra isə müsabiqə iştirakçıları nəticələrlə tanış olacaqlar.

Müsabiqənin ikinci mərhələsində işlə təmin olunmaq istəyənlər müsahibədən keçdilər.

Sadələşdirilmiş müsabiqə yerli özünüidarənin peşəkar ictimai xadimlərinin açıq və əmək müqaviləsi əsasında tutulacaq vəzifələri üçün elan olunmuşdu.

Marneuli meriyasına işçiləri qəbul edəcək komissiyaya “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze də daxil olub. Onun dediyinə görə, müsahibə prosesi bütün prosedurlara riayət olunaraq keçirilib, lakin namizədlərin sayı az olub.

"Siyahılarla müqayisədə təxminən 30% elan olunub. Siyahılarda real olaraq iştirak edənlərdən daha çox adam var" – deyə Olqa Endeladze bildirdi.

Endeladze bildirir ki, müsahibədə iştirak etməyən müsabiqəçilər seçim mərhələsindən avtomatik kənarlaşdırılacaqlar.

14 vakant yerin tutulması üçün müsabiqənin ikinci mərhələsi 13 sentyabr tarixində başladı və 17 sentyabr tarixində başa çatdı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google