Marneulidə 7 ədəd plastik zibil qabı yanıb
Marneuli bələdiyyəsində 7 ədəd yeni zibil qabı  yanıb.
Plastik zibil qablarından 4-ü “Qırmızı Körpü” sərhəd keçid məntəqəsi ərazisində neytral zonada, 3-ü isə Marneuli şəhərində yanıb.

“Supta Marneuli”nin (“Təmiz Marneuli”) direktoru Leri Mumladzenin dediyinə görə hal-hazırda meriya “Qırmızı Körpü”də zibil qablarını kimin yandırdığını müəyyənləşdirməyə çalışır.

Onun dediyinə görə neytral zonada 4 zibil qabının yanmasında məsuliyyət daşıyan şəxsi tapmaq daha asan olacaq, çünki ərazidə video kameralar quraşdırılıb.

Mumladze onu da qeyd etdi ki, Marneulidə yanmış zibil qablarına görə məsuliyyət daşıyan şəxsləri tapmaq qeyri mümkündür.

“Sufta Marneuli”nin (“Təmiz Marneuli”) direktorunun dediyinə görə, yanmış zibil qabları tezliklə yeniləri ilə əvəz olunacaq.

Zibil qabları plastik olduğuna görə, Mumladze sakinləri ora siqaret kötüyü atmamağa çağırıb. Çünki zibil qabları yana bilər.

Gürcüstan Bərk Tullantıların İdarəolunması şirkəti 27 iyun tarixində Marneuliyə 200 ədəd zibil qabı vermişdi.

Yeni plastik zibil qabları Marneulidən başqa Qori və Axaltsixedə də yanıb.


რადიო „მარნეული“

Print ელ. ფოსტა
FaceBook Twitter Google