“Yerli gender siyasətinin problemləri” – bu mövzua
Marneuli Mülki Məşğulluq Mərkəzində bu gün, 20 sentyabrda müzakirə
baş tutdu.
“Qadınlar müzakirə edir, seçir, səs verir”
layihəsinin çərçivəsində gender məsələlərinin bir illi müşahidəsi
nəticəsində görüşdə bir neçə məsələni müzakirə etdilər. Həmçinin,
qadın seçicilərlə 2017-ci ilin yerli seçkilərinin seçki qabağı
kampaniyasını aparmaq üçün siyasi subyektlərin yanaşmaları və
onların seçki qabağı bəyanatlarının gender baxımından
qiymətləndirilməsi oldu. Munisipal səviyyədə mülki qoşulmanın
gender baxımından cari keyfiyyəti və munisipal gender siyasətinin
formalaşması prosesinin problemləri müzakirə olundu.
“Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” sədri və layihənin
müəllifi Olqa Endeladze bizimlə söhbət zamanı deyir ki, yerli
özünüidarəetmə seçkilərini müşahidə edərkən məlum olub ki, siyasi
subyektlərin qadın seçicilərlər çalışmaq üçün hazırlığı yoxdur.
“Siyasi subyektlər tərəfindən hazırlıq yox idi çünki,
bir tərəfdən onlar etiraf edə bilmirlər ki, qadın seçicilərin
auditoriyası onlara maraqlıdır. Digər tərəfdən isə siyasi subyekt
nümayəndələri var ki, qadın seçicilər onlar üçün əlçatan deyil və
öz seçki qabağı kampaniyalarını bunun üçün
planlaşdırmırlar”.
Olqa Endeladze həmçinin, deyir ki, geniş gender problemlərinin
həlli uzun müddətli perspektivdə mümkündür. İndiki məqamda isə
lazımdır ki, munisipal, dövlət, gender siyasəti konkret
aktivliklərlər planlaşdırılsın və həyata keçirilsin.
Layihə çərçivəsində “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”
Marneulidə gender problemlərini həll etmək üçün strategiya
işləyib.
Açıq Cəmiyyət Fondunun Milli İnteqrasiya Proqramının koordinatoru
Nino Kiknavelidze bizimlə söhbət zamanı deyir ki, onların təşkilatı
tərəfindən işlənilmiş strategiyanı “rəfə qoymaq” istəmirlər.
“Necə nəticə olacaq bu təşkilatın meriya ilə
advokatlaşdırma istiqamətində çalışmasından asılıdır. Həmçinin,
yerli özünüidarəetmənin istəyindən də asılıdır ki, özləri də
əhalinin sosial, iqtisadi və ya gender problemlərini həll etmək
üçün qoşulsunlar”.
“Qadınlar müzakirə edir, seçir, səs verir” layihəsini “Marneuli
Demokrat Qadınlar Cəmiyyəti” Açıq Cəmiyyət Fondunun maddi dəstəyi
ilə həyata keçirirdi.