Bir əsr əvvəl əldə olunmuş miras və 0 lariyə alınmış daşınmaz əmlak - Dərziyevin əmlak bəyannaməsi
Marneulili deputat Mahir Dərziyev tərəfində 27 yanvar 2018-ci ildə doldurulmuş əmlak bəyannaməsinə görə, Dərziyevlər daşınmaz əmlaka heç vaxt pul ödəməyiblər.
Mahir Dərziyev 1996-cı ildə torpaq islahatları nəticəsində Lejbəddin kəndində 0 lariyə 1 575 kv.m. torpaq sahəsi, 260 kv.m. sahəsi olan yaşayış evi, və 213 kv.m. sahəsi olan yaşayış üçün nəzərdə tutulmamış bina əldə edib. Həmin il Dərziyevin həyat yoldaşı Hekayət Dərziyeva da Lejbəddin kəndində 1 454 kv.m. torpaq sahəsi alıb.

Hekayət Dərziyeva 2006-cı ildə də Lejbəddində 111 800 kv.m. torpaq sahəsini pulsuz alıb.

Mahir Dərziyevin övladı Zəka Dərziyev 2013-cü ildə Lejbəddində 40 000 kv.m. torpaq sahəsi alıb. 2016-cı ildə də 0 lariyə 150 000 kv.m. torpaq sahəsi alıb.

Mahir Dərziyev 2016-cı ildə 0 lariyə Kirəc Muğanlıda sahəsi 66 kv.m. olan torpaq sahəsindən 50%-lik hissə alıb.

Mahir Dərziyev daşınar əmlak olaraq isə 2013-cü il istehsalı olan Land Cruiser Prado maşını var və bunun üçün də o, 0 lari ödüəyib. Onun övladı Zəka Dərziyev isə 2017-ci ildə 10 000 dollara 2007-ci il istehsalı olan Toyota Hilux alıb.

“Cartu Bank”da olan hesabında deputatın 4 632.85 lari olub. Nəğd pul kimi isə onun 18 000 lari vəsaiti olub.

Dərziyevin əmlak bəyannaməsinə görə, o, Lejbəddin kəndində 1 680 kv.m. sahəsi olan torpaq sahəsindən miras yolu ilə 1916-cı ildə 50%-lik hissə alıb. Qeyd edək ki, Mahir Dərziyev 1957-ci ildə anadan olub. İctimai Xidmət Bürosundan bildirdilər ki, güman ki, Dərziyev bəyannaməni doldurarkən mexaniki səhvə yol verib, ancaq həmin sənəddə dəyişiklik etmək artıq mümkün deyil, belə ki, bəyannamənin yayımlanmasından artıq 48 saat keçib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google