“Mənim üçün təəssüfləndirici haldır ki, belə savadsız şəxs mənim
yanımda olub və sevinirəm ki, iki il ərzində hansı partiyada
olduğunu bilməyən belə savadsız şəxs bizim yanımızda deyil” – deyir
“Avropalı Gürcüstanın” Marneuli ofisinin rəhbəri Əhməd
İmamquliyev.
İmamquliyev bizimlə söhbəti zamanı guya “Milli Hərəkatdırlar”
deyərək partiyanın öz üzvlərini aldatmasını inkar etdi. O, qeyd
edir ki, müxtəlif partiyalar aktivistlərə pul təklif edirlər.
“Bilirəm ki, bu gün hakimiyyət və hakimiyyətin yanında
olan şəxslər belə adamları pulla alırlar və ya pul vəd verirlər ki,
bizim partiyadan, bizim partiya siyahımızdan adamları
çıxarsınlar” – deyir İmamquliyev.
“Avropalı Gürcüstan”ın siyasi şurasının üzvü onu da xatırlayır ki,
Niyazi Quliyev partiyanı 11 sentyabrda tərk edib. Həmin gün
Marneuliyə “Avropalı Gürcüstanın” prezidentliyə namizədi
gəlirdi.
“Həmin şəxsin özü deməyib ki, mən sizin partiyanın üzvü
olmayacam, Bakradze gəldiyi zaman bizim üzvlərimiz zəng vuranda və
deyəndə ki, Bakradze Marneuliyə gəlir və biz görüş keçiririk. Həmin
vaxt o, gəlmədi və onda biz artıq başa düşdük ki, kim kimdir”
– deyir Əhməd İmamquliyev.
İmamquliyevin sözlərinə görə, onda Niyazi Quliyevlə Avropalı
Gürcüstanın üzvlərindən birinin səs qeydi var. Orada Quliyev deyir
ki, kim çox pul versə onun yanında da duracaq və onun üçün vacib
olan puldur. İmamquliyev bizə qeyd olunan səs qeydini verməkdən
imtina etdi və səbəb olaraq bildirdi ki, onlar şəxslərlər deyil
bugünkü hakimiyyətlə mübarizə aparırlar.
Niyazi Quliyev radio ilə söhbəti zamanı İmamquliyevin partiyanı
pula görə tərk etməsi ittihamlarını inkar etdi.
“Puldan söhbət gedərdisə “Gürcü Arzusuna” keçərdim. Onlar
yaxşı pul ödəyirlər. Pulla nə əlaqəsi var, puldan söhbət getmir.
Sadəcə mən istəyirəm ki, Saakaşvili Gürcüstana gəlsin və yaxşı,
keçmiş zamanlar qayıtsın” - deyir Niyazi Quliyev.
Quliyev xatırlayır ki, “Milli Hərəkat” dağılan zaman ona Avropalı
Gürcüstanın ofisində deyiblər ki, partiyanın liderləri Davit
Bakradze, Qiqi Uqulava və Qiqa Bokeria Mixail Saakaşvilinin
komandasının üzvləri və “onun adamlarıdırlar”. Niyazi iki il
ərzində buna heç şübhə etməyib. Quliyevin sözlərinə görə, Mixeil
Saakaşvilinin 5 nömrənin “Milli Hərəkat” olduğunu qeyd etdiyi
bəyanatından sonra bilib ki, onu aldadırlar.
Xatırladaq ki,
1
oktyabr tarixində “Vahid Milli Hərəkatın” ofisində brifinq
keçirilib. Brifinqdə partiya üzvləri olan Daştəpə sakinləri
bildiriblər ki, Avropalı Gürcüstan partiyasını tərk edirlər və
Milli Hərəkata keçirlər. Partiyanı tərk edən üzvlər bəyanat
veriblər ki, onları Avropalı Gürcüstanda aldadırlarmış. Bu günə
kimi onlar elə bilirmiş Avropalı Gürcüstan və Milli Hərəkat eyni
partiyadır.