Bu gün 9 oktyabr tarixində Rustavi Şəhər Məhkəməsində Temur Abazov
və digər müttəhimlərə qarşı davam edən cinayət işi ilə bağlı ikinci
əsas məhkəmə iclası başladı.
İttiham tərəfi bu gün iki şahidi dindirəcək. Bu dəqiqələrdə
Marneuli Rayon Məhkəməsinin xəfiyyəsi Vasil Kveladze ifadə
verir.
Xəfiyyə 11 iyul tarixində hadisələri açmışdı.
Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarla bağlı
polisə daxil olan məlumata məhz o, reaksiya göstərmişdi. Daha sonra
isə faktla bağlı akt tərtib etmişdi. Dindirilmə zamanı ittiham
tərəfinin şahidinin dediyinə görə, o, bundan əlavə heç bir istintaq
fəaliyyəti həyata keçirməyib.
Xatırladırıq ki, 6 sentyabr tarixində Marneulinin sabiq meri Temur
Abazova qarşı ittiham ağırlaşdırıldı. Ona qarşı irəli sürülən
ittihamlara şəxsi həyatı əks etdirən görüntülərin əldə olunması,
təşkili, internet və sosial şəbəkə vasitəsilə yayılması ittihamı da
əlavə olundu.
Məhkəmə Marneulidə vətəndaş Elçin Allahverdiyevə qarşı həyata
keçirilmiş alçaldıcı və qeyri-insani rəftar faktına görə
saxlanılmış Marneulinin sabiq meri Temur Abazova 14 iyun tarixində
önləyici tədbir kimi ilkin həbs qərarı vermişdi.
Temur Abazova qarşı cinayət işi Gürcüstanın Cinayət Məcəlləsinin
144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1
maddəsinin birinci və ikinci hissələri ilə, A.Allahverdiyev, A.
Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan CM-nin 126-cı
maddəsinin 1.1-ci hissəsinin “b” aşağı bəndi ilə qaldırılıb.
Bu mövzuda:
Vəkil hesab edir ki, prokurorluq Abazovu sübutsuz
ittiham edib
“İşlə bağlı onlarla şahid dindirilməlidir və
onların ifadəsindən Abazovun ittihamı fiziki olaraq sübut
olunmayacaq” - Abazovun vəkili
Abazovun işinə dair Marneuli bələdiyyə məclisi
üzvünün ittihamı ağırlaşdırılıb
Marneuli meri Temur Abazova qarşı rəsmi olaraq
ittiham irəli sürüldü
"Marneuli" radiosu