Kirəç Muğanlı kəndində 960 seçici qeydiyyatdan keçib
Bu gün, 28 oktyabr tarixində 46 saylı seçki məntəqəsi olan Kirəç Muğanlı kəndində seçkilər saat 08:00-dan başlayıb.
20 nəfər hərbiçi olmaqla 960 nəfər seçici qeydiyyatdan keçib. Seçkidə ilk seçici olaraq Kənan Qəhrəmanov iştirak edib.
Hal-hazırda məntəqədə seçkilər qaydaya uyğun şəkildə davam edir.

Qeyd edək ki, bu il Gürcüstanda son dəfə prezident seçkiləri keçirilir. Bu il prezidentlik uğrunda 25 nəfər mübarizə aparır.  


Print ელ. ფოსტა
თეგები: Prezident seçkiləri - 2018
FaceBook Twitter Google