"Səsimi sabahkı ümidli günə verirəm" - Əhməd İmamquliyev

"Avropalı Gürcüstanın" üzvü Əhməd İmamquliyevin sözlərinə görə, o, səsini sabahkı ümidli günə verib.


"Mən səsimi sabahkı ümidli günə verirəm. O, bizim prezidentliyə namizədimiz David Bakradzenin prezidentliyi ilə gələcək. Ümid edirik ki, sabahkı Gürcüstanın günü ümidli olacaq"- deyir Əhməd İmamquliyev.

Bu gün, 2018-ci ilin 28 oktyabr tarixində vətəndaşlar sonuncu dəfə Gürcüstan prezidenti seçirlər. Marneuli miqyasında cəmi 90 seçki məntəqəsi açılıb. Onlardan 15 məhdud imkanlı şəxslər üçün adaptasiya olunub. Panduslu məntəqələrin sayı isə Marneulidə ikidir.

Prezident seçkiləridə Marneulidə 99 173 nəfər qeydiyyatdadır.

 

 

Print ელ. ფოსტა
თეგები: Prezident seçkiləri - 2018
FaceBook Twitter Google