Birləşmiş müxalifətin dediyinə görə, Mamuka Naveriani seçkilərin gedişini koordinasiya edir
“Gənclər Avropalı Gələck Naminə” təşkilatının müşahidəçisi Ceyhun Qarayev bildirir ki, “Gürcü Arzusu”nun nümayəndəsi Xaləddin Hüseynov birləşmiş müxalifət “Güc Birlikdədir” hərəkatının nümayəndəsinə fiziki təzyiq göstərib.
Birləşmiş müxalifətin nümayəndəsi Qivi Kveladze Marneulidə inzibati resurslardan istifadə olunduğunu deyir.

O, hadisə yerinə gəlmiş Marneuli Bələdiyyə Məclisinin sədr müavini Mamuka Naverianiyi təbliğatla məşğul olmaqda ittiham edir və bildirir ki, Bələdiyyə Məclisinin üzvləri təbliğatda iştirak edirlər.

Bələdiyyə Məclisinin sədr müavini isə onu böhtan atmaqda ittiham edir.

Kveladzenin bildirdiyinə görə, Araflı, Aşağı Saral kəndlərində də qanun pozuntuları olub. Həmin kəndlərdə “Gürcü Arzusu”nun nümayəndələri müstəqil namizəd üzərində Salome Zurabişvilinin seçki nömrəsi yazılmış köynəklərlə seçki məntəqəsinə gəliblər.

Mamuka Naveriani bildirir ki, seçki məntəqələrində səsvermənin gedişinin obyektivliyini müşahidə edir.

“Bütün şərhlər yalandır və birləşmiş müxalifət hara gedir, orada təxribat oldu və insident baş verdi.” – Mamuka Naveriani bildirir.

Qarşıdurma nəticəsində müşahidəçilər qrupu patrul ekipajı çağırıblar. Birləşmiş müxalifətin zərər çəkmiş üzvü xəstəxanaya aparılıb.

“Çoxmillətli Gürcüstan” təşkilatı həmin məntəqədə qanun pozuntuları barədə ilk olaraq saat 11-də keçirdikləri brifinqdə məlumat vermişdilər. Onlar seçki məntəqəsinin gec açıldığını bildirmişdilər.




Print ელ. ფოსტა
FaceBook Twitter Google