Mamuka Naverianinin dediyinə görə, müxalifət seçki məntəqələrində təxribat yaradır
Mamuka Naveriani bildirir ki, seçki məntəqələrində səsvermənin
gedişinin obyektivliyini müşahidə edir.
“Bütün şərhlər yalandır və birləşmiş müxalifət hara
gedir, orada təxribat oldu və insident baş verdi” –
Mamuka Naveriani bildirir.
Birləşmiş müxalifətin nümayəndəsi Qivi Kveladze Marneulidə inzibati
resurslardan istifadə olunduğunu deyir.
O, hadisə yerinə gəlmiş Marneuli Bələdiyyə Məclisinin sədr müavini
Mamuka Naverianiyi təbliğatla məşğul olmaqda ittiham edir və
bildirir ki, Bələdiyyə Məclisinin üzvləri təbliğatda iştirak
edirlər.
Bələdiyyə Məclisinin sədr müavini isə onu böhtan atmaqda ittiham
edir.
Kveladzenin bildirdiyinə görə, Araflı, Aşağı Saral kəndlərində də
qanun pozuntuları olub. Həmin kəndlərdə “Gürcü Arzusu”nun
nümayəndələri müstəqil namizəd üzərində Salome Zurabişvilinin seçki
nömrəsi yazılmış köynəklərlə seçki məntəqəsinə gəliblər.
“Gənclər Avropalı Gələck Naminə” təşkilatının müşahidəçisi Ceyhun
Qarayev bildirir ki, “Gürcü Arzusu”nun nümayəndəsi Xaləddin
Hüseynov birləşmiş müxalifət “Güc Birlikdədir” hərəkatının
nümayəndəsinə fiziki təzyiq göstərib.
Qarşıdurma nəticəsində müşahidəçilər qrupu patrul ekipajı
çağırıblar. Birləşmiş müxalifətin zərər çəkmiş üzvü xəstəxanaya
aparılıb.
“Çoxmillətli Gürcüstan” təşkilatı həmin məntəqədə qanun pozuntuları
barədə ilk olaraq saat 11-də keçirdikləri brifinqdə məlumat
vermişdilər. Onlar seçki məntəqəsinin gec açıldığını
bildirmişdilər.