GGHA-nın müşahidəçisini Qızılhacılı 49 saylı seçki məntəqəsində komissiya üzvü itələyib
Marneulidə, Qızılhacılıda yerləşən 49 saylı seçki məntəqəsində Gənc Hüquqşünaslar Assosiasiyasının müşahidəçisini komissiya üzvü itələyib.
Məlumatı Gənc Hüquqşünaslar Assosiasiyası da təsdiqləyib. Onların bildirdiyinə görə, səslərin sayılması prosesi ərəfəsində komissiya üzvü müşahidəçinin ona göstərdiyi irada əsəbiləşib. Təşkilatın bildirdiyinə görə, bu çoxsaylı qanun pozuntusunun olmasından xəbər verir.

GGHA-nın müşahidəçisi məntəqəni tərk edib, onun əvəzinə isə təşkilatın başqa müşahidəçisi prosesi izləməyə davam edib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google