İmirdə mübahisə olan məntəqədə ən çox səsi Vaşadze toplayıb
İmir kəndinin 59 saylı seçki məntəqəsində Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze 291 səsələ ən çox səs sayı toplayıb. “Gürcü Arzusu” tərəfindən dəstəklənən müstqəil namizəd Salome Zurabişvili isə - 222 səs toplayıb.

59 saylı məntəqədə Birləşmiş Müxalifətlə Gürcü Arzusunun aktivistləri arasında qarşıdurma baş verib. Müşahidəçilər tərəfindən patrul çağırılıb.

Baş verən faktla bağlı CM-nin 162-ci maddəsinin birinci hissəsi ilə istintaq başlayıb. Maddə səsvermə məntəqəsində seçki komissiyasının yerləşdiyi yerdə və ya ətraf ərazidə zorakılığı nəzərdə tutur.

MSK-nın məlumatına görə Marneulinin nəticələri məlumdur. 90 məntəqədən səslər hesablanıb və MSK-nın veb səhifəsində yerləşdirilib. Nəticələrə əsasən Salome Zurabişvili Marneulidə qalib gəlib / ikinci yerə isə Qriqol Vaşadze çıxıb. Üçüncü yerdə Davit Bakradzedir.

MSK-nın nəticələri belədir: Salome Zurabişvili (- 47.79% (16 884 səs), Qriqol Vaşadze - 39.05% (13 796 səs), Davit Bakradze - 10.48% (3 702 səs).


Mövzu ilə bağlı digər xəbərlər:

Birləşmiş müxalifətin dediyinə görə, Mamuka Naveriani seçkilərin gedişini koordinasiya edir

Mamuka Naverianinin dediyinə görə, müxalifət seçki məntəqələrində təxribat yaradır
Print ელ. ფოსტა
FaceBook Twitter Google